16:45 27 Noyabr 2021
ONLINE XƏBƏR LENTİ
01:31 27.11.2021

Arzusu general olmaq idi


01:30 27.11.2021

Babək hünərli igid


01:30 27.11.2021

Dünyanın yeni problemi


Qusarın payız etüdləri FOTOLENT
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

DSMF-nin gələn il üçün büdcəsi müzakirə edildi
ANA SƏHİFƏ / MILLI MƏCLIS
01:11 05.11.2011

 

Noyabrın 4-də  Milli Məclisin Sosial siyasət komitəsinin iclası keçirildi. İclası aparan Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli gündəlikdə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" və "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələrinin olduğunu bildirdi.

Əvvəlcə "Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2012-ci il büdcəsi haqqında" qanun layihəsi müzakirə edildi. İclasda iştirak edən Milli Məclis Sədrinin müavini Bahar Muradova dedi ki, ötən il Azərbaycan iqtisadiyyatında kifayət qədər uğurlar qazanılıb. Dövlət büdcəsinin icrası şəffaf və məqsədyönlü şəkildə həyata keçirilib. Əhalinin sosial təminatı sahəsində də ciddi irəliləyişlər olub. Vətəndaşların sosial vəziyyətinin yaxşılaşdırılması, dövlət hesabına təminat alan vətəndaşların rifahının yüksəldilməsi istiqamətində qarşıdakı dövrlərdə də bir sıra addımlar atılacaq.

Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bildirdi ki, Azərbaycan hazırda sosialyönümlü bazar iqtisadiyyatı şəraitində yaşayır. Sosialyönümlü xərclər artıb. Gündəlikdə olan qanun layihələrinin qəbulu əhalinin sosial təminatının yüksək səviyyədə həyata keçirilməsində mühüm rol oynayacaq.

Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov qeyd etdi ki, fondun büdcə xərcləri 2012-ci il üçün 2 454,3 milyon manat həcmində nəzərdə tutulur. Fondun gəlirləri strukturunda 1 407,5 milyon manatı və ya 57,4 faizini məcburi dövlət sosial sığorta haqları, 1 044,3 milyon manatı və ya 42,55 faizini dövlət büdcəsindən ayırmalar və 2,5 milyon manatı və 0,05 faizini sair gəlirlər təşkil edəcək. Fondun xərcləri strukturunda 2 322,540 milyon manatı və ya ümumi xərclərin 94,6 faizini əmək pensiyalarının ödənilməsinə yönəldiləcək. Bundan başqa, 18,850 milyon manatı və ya xərclərin 0,8 faizini pensiya və müavinətlərin əhaliyə çatdırılması, bank əməliyyatlarının aparılması üzrə xidmət haqqı xərcləri, 15,660 milyon manatı və ya 0,6 faizini sığorta olunanların sanatoriya-kurort müalicəsi üzrə xərclər, 21,6 milyon manatı və ya 0,9 faizini fondun mərkəzi aparatının saxlanması üzrə xərclər, 3 milyon manatı və ya 0,1 faizini "Azərbaycan Respublikası ilə Beynəlxalq İnkişaf Assosiasiyası arasında Maliyyələşdirmə Sazişi" üzrə xərclərin maliyyələşdirilməsinə dair xərclər, 1,430 milyon manatı və ya 0,06 faizini "2009-2015-ci illərdə Azərbaycan Respublikasında sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" üzrə xərclər, 40 min manatı isə beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi üzrə xərclər təşkil edəcək.

İclasda "Azərbaycan Respublikasında 2012-ci il üçün yaşayış minimumu haqqında" və  "Azərbaycan Respublikasında 2012-ci il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri də müzakirə olundu. Qeyd olundu ki, gələn il üçün Azərbaycanda ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə yaşayış minimumu adambaşına 108 manat, o cümlədən əmək qabiliyyətli əhali üçün 116 manat, pensiyaçılar üçün 84 manat, uşaqlar üçün 87 manat səviyyəsində nəzərdə tutulub. Ehtiyac meyarının həddi isə ünvanlı dövlət sosial yardımının təyin edilməsi məqsədilə gələn ilin əvvəlindən 12 faiz artırılaraq 84 manata çatdırılacaq.

Deputatlardan Əhliman Əmiraslanov, Musa Quliyev, Yaqub Mahmudov və başqaları qanun layihəsi barədə rəy və təkliflərini bildirdilər. İclasda iştirak edən İqtisadi İnkişaf, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Dövlət Statistika Komitəsinin məsul işçiləri qanun layihələri barədə fikirlərini bildirdilər. Qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olundu.

 

"Azərbaycan"



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM