22 Noyabr 2021 11:50
158
CƏMİYYƏT
A- A+

Dövlət Sərhəd Xidmətinin Akademiyasında və Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş təşkil edilib

 

Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasında və Xüsusi Məktəbində Vətən müharibəsi qəhrəmanları ilə görüş təşkil edilib.

DSX-nin mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad edərək büstü önünə gül dəstələri düzüblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsindən sonra ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Vətən müharibəsi qəhrəmanı polkovnik Vüsal Sultanov çıxış edərək özünün və döyüş yoldaşlarının Azərbaycan Prezidenti İlham Əliyevin Müzəffər Ali Baş Komandanlığı ilə torpaqlarımızın azad edilməsi uğrunda müqəddəs savaşın iştirakçıları olmaqdan qürur duyduqlarını bildirib.

Vətən müharibəsi zamanı DSX-nin qarşısında Müzəffər Ali Baş Komandanımız tərəfindən qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra olunduğu, istər hava məkanında, istərsə də yerüstü əməliyyatlarda Azərbaycan sərhədçilərinin qəhrəmanlıq və şücaət nümunələri göstərdikləri vurğulanıb, sərhədçilərin keçdikləri döyüş yolu, azad etdikləri ərazilər barədə məlumat verilib.

Tədbirdə çıxış edənlər müharibənin ilk günlərindən sərhədçilərin Füzuli rayonu ərazisindəki təmas xəttindən Ermənistanla dövlət sərhədinədək böyük bir ərazini azad etdiklərini, 24 saat ərzində 105 kilometr məsafədə ildırımsürətli hücumla düşmənə sarsıdıcı zərbələr endirərək yüzlərlə canlı qüvvəsini məhv etdiklərini bildiriblər.

Sərhədçilərin xalqımızın tarixi, milli-mənəvi sərvətinin rəmzi olan Xudafərin körpüsündə, Zəngilan şəhərində və Zəngilanın Ağbənd qəsəbəsində dövlət bayrağını sancdıqları, Ermənistanla sərhəddə “Bartaz” və “Şükürataz” strateji yüksəkliklərini azad etdikləri, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonları, Hadrut qəsəbəsi və Şuşa şəhərinin düşmən tapdağından təmizlənməsində qəhrəmanlıq və şücaət göstərdikləri vurğulanıb.

Vətənimizin ərazi bütövlüyü uğrunda döyüşlərdə həlak olmuş hərbi qulluqçuların göstərdikləri igidlik və fədakarlıqlarından danışılıb, onların əziz xatirələrinin hər zaman ehtiramla yad ediləcəyi və əziz tutulacağı diqqətə çatdırılıb.

Çıxış edənlər qalib xalqımızın şərəfli tarixinin şahidləri olan kursantların gələcəkdə onlara əmanət ediləcək sərhədçilərin qəhrəmanlıq, Vətənə sədaqət ənənələrini layiqlə davam edəcəklərinə əminliklərini bildiriblər.

Xüsusi Məktəbdə keçirilmiş tədbirdə kursantlar tərəfindən Vətən müharibəsinə həsr olunmuş ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Sonda Vətən müharibəsi qəhrəmanları DSX-nin Akademiyası və Xüsusi Məktəbinin kursant heyəti ilə xatirə fotoşəkli çəkdiriblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video