08:31 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət Sərhəd Xidməti Xəzər dənizində nəzarətin gücləndirilməsi istiqamətində tədbirləri davam etdirir

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:59 22.06.2021

 

Dövlət Sərhəd Xidməti (DSX) dəniz sərhədlərinin etibarlı mühafizəsinin təmin edilməsi, Xəzər dənizində rejim qaydalarına nəzarətin gücləndirilməsi istiqamətində zəruri tədbirləri davam etdirir.

DSX-nin Mətbuat mərkəzindən AZƏRTAC-a bildiriblər ki, iyunun 15-də Neftçala şəhər sakini Babayev Elmar Əlisahib oğluna məxsus “bayda” tipli üzmə vasitəsinin Xızı rayonunun Giləzi qəsəbəsi istiqamətindən dənizə çıxaraq qanunsuz balıq ovu ilə məşğul olması barədə məlumat daxil olub. Xidmətin Sahil Mühafizəsi tərəfindən müvafiq tədbirlər görülüb, həmin istiqamətə sərhəd gözətçi gəmiləri göndərilib, texniki müşahidə avadanlığı və radarlar vasitəsilə dənizə çıxan üzmə vasitələrinin hərəkəti nəzarətə götürülüb.

Dövlət sərhədinin gücləndirilmiş üsulla mühafizəsi təşkil olunaraq ərazidə əlavə sərhəd heyəti yerləşdirilib. Dənizə qanunsuz qaydada çıxmış üzmə vasitəsinin aşkarlanaraq saxlanılması istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Nəticədə həmin qayığın dövlət sərhədini pozaraq Xəzər dənizinin Azərbaycan Respublikasının ərazi sularından 192 mil (355 kilometr) məsafədə Rusiya Federasiyası və 211 mil (390 kilometr) məsafədə Qazaxıstan Respublikasının sektorunda qanunsuz nərə cinsli balıqların ovu ilə məşğul olması müəyyənləşdirilib.

Əldə edilmiş məlumatlara əsasən, Sahil Mühafizəsinin əməliyyat-axtarış qrupu tərəfindən Xızı rayonunun Giləzi qəsəbəsi yaxınlığında quruda və dənizdə xidmət təşkil edilib.

İyunun 19-da saat 21:00 radələrində həmin ərazidə aşkarlanan üzmə vasitəsi üç nəfər heyət üzvü ilə birlikdə saxlanılıb. Qayığa baxış zamanı içərisində ovlanması qadağan edilmiş 620 kiloqram çəkidə 106 nərə cinsli balıq aşkarlanıb. Saxlanılmış şəxslərin Astara rayon sakini 1976-cı il təvəllüdlü Mirzəyev Bəhruz Abutalıb oğlu, Neftçala rayon sakinləri 1963-cü il təvəllüdlü Əhmədov Raqib Novruz oğlu və 1985-ci il təvəllüdlü Bəxtiyarov Xəyal Fərhad oğlu olmaları müəyyənləşdirilib.

Əməliyyat-axtarış tədbirləri zamanı qayığı sahildə qarşılamağa gəlmiş “Opel Astra” markalı 99-SN-577 və “ZİL” markalı 01-BH-619 dövlət nömrə nişanlı avtomobillərdə üzmə vasitəsinin sahibi Babayev Elmar Əlisahib oğlu və digər üç nəfər - Abşeron rayon sakinləri 1998-ci il təvəllüdlü Mürşüdov Qismət İltifaq oğlu, 1997-ci il təvəllüdlü Müştaqov Fərzalı Növcavan oğlu və 1984-cü il təvəllüdlü İmaniyev Hövsət Pərvaz oğlu da saxlanılıblar.

Faktla bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunun əməkdaşları ilə birlikdə əməliyyat-istintaq tədbirləri davam etdirilir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM