05:09 17 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:47 17.09.2021

SADƏ, amma QƏTİ


00:42 17.09.2021

Onun adı Nuru paşaydı...


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət sahibkarlara, sahibkarlar da dövlətə arxalanır
ANA SƏHİFƏ / İQTİSADİYYAT
01:53 21.12.2018


Prezident İlham ƏLİYEV: "Biznes mühitinin yaxşılaşdırılması üçün respublikamızda mühüm addımlar atılır”


"İqtisadiyyatın neftdən asılılığının azaldılması və rəqabətqabiliyyətli milli iqtisadiyyatın formalaşdırılmasını, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılmasını qarşıdakı illərdə strateji hədəflərimizdən biri olaraq müəyyən etmişik. Hazırda qeyri-neft sənayesi və kənd təsərrüfatı sahələrində qazanılan nailiyyətlər sahibkarlara biznes fəaliyyətini genişləndirmələri üçün əlavə stimul yaradır. Milli iqtisadiyyatın dayanıqlı inkişafında sahibkarlığın əhəmiyyətli rol oynayacağına əminliyimi ifadə edirəm”.

Bu sözləri Prezident İlham Əliyev Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının V qurultayına ünvanladığı məktubunda söyləyib. Onu da qeyd edək ki, özəl sektora, sahibkarlara ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycana rəhbərlik etdiyi dövrdən başlamış olan bu güvənlik Prezident İlham Əliyevin fəaliyyətində də prioritet istiqamət kimi davam edir. İstər ulu öndərin ölkəyə 10 illik rəhbərliyi dövründə, istərsə də İlham Əliyevin Prezidentliyi zamanında özəl sektorun ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilməsi üçün saysız-hesabsız tədbirlər görülmüşdür. Bazar iqtisadiyyatının təbii tələblərindən irəli gələn bu siyasət ölkəmizdə o qədər davamlı və hərtərəfli olmuşdur ki, indi nəinki regionda, hətta MDB və Şərqi Avropa məkanında həm sayına, həm də imkanına görə Azərbaycan sahibkarları xüsusilə fərqlənməkdədir. Bu gün bizim iş adamlarının sorağı haralardan gəlmir, onlar hansı sahələrə sərmayə qoymurlar?! Ölkə daxilində biznes adamlarına iş görüb pul qazanmaq üçün əlverişli mühit yaradılmasaydı, sərbəst fəaliyyət göstərmələrinə imkan verilməsəydi, onlar bu imkan sahibi olardılarmı?!

Amma "əvvəl evin içi, sonra çölü” deyiblər. Ölkəmizdə aparılan uğurlu iqtisadi islahatlar, kiçik və orta sahibkarlığın inkişafına dövlət dəstəyi, yaradılan əlverişli biznes və investisiya mühiti sayəsində iqtisadiyyatımızın məhsul istehsalı sahələrində özəl sektorun payı ildən-ilə artır. Hazırda 45 aqroparkın yaradılması istiqamətində işlər aparılır, 18 aqropark fəaliyyət göstərir. Bu il 612 layihənin icrasına Sahibkarlığın İnkişafı Fondu 160 milyon manat vəsait ayırıb. İki ildə 330 layihəyə investisiya təşviqi sənədi verilib. Bu layihə hesabına 22 min iş yeri açılıb. Sənaye zonaları və məhəllələrində həyata keçirilən layihələrə isə 5,5 milyard manat vəsait yönəldilib.

Sahibkarlığın inkişafı iqtisadi tərəqqi ilə yanaşı, yeni iş yerlərinin açılmasında da mühüm rol oynayır. Son 15 ildə Azərbaycanda 2 milyondan çox yeni iş yeri yaradılıb ki, onların da əksəriyyəti özəl sektordadır. Bu müddətdə orta aylıq nominal əməkhaqqı 6,6 dəfə artıb. Bütün bunlar onu göstərir ki, həyata keçirilən iqtisadi islahatlar, sahibkarlığın inkişafı sahəsində dövlətin atdığı addımlar səmərəsiz qalmır.

Ölkəmizdə həyata keçirilən iqtisadi siyasətin başlıca istiqamətləri özəl sektorun dəstəklənməsi, daha da genişlənməsi, bu sahədə müxtəlif yardım və təşviq mexanizmlərinin tətbiq edilməsi, həmçinin sahibkarların hüquqlarının müdafiəsidir. Sahibkarlıq sahəsində hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə indiyədək bir çox qanunların qəbul olunması, yaxud mövcud qanunlara dəyişikliklər edilməsi bunun təsdiqidir. Belə sənədlərdən biri də "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında”dır.

Həmin sənəddə sahibkarlıq sahəsində aparılan yoxlamaların məqsəd və prinsipləri, təşkili və aparılması qaydaları, yoxlayıcı orqanların və səlahiyyətli şəxslərin hüquq və vəzifələri, sahibkarların hüquq və maraqlarının müdafiəsi ilə bağlı məsələlər öz əksini tapmışdır.

Bu qanunun əsas məqsədi sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid qaydalarının müəyyən edilməsi və yoxlamaların aparılması zamanı sahibkarların fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısının alınmasıdır.

Qanunda ilk dəfə yoxlayıcı orqanın sahibkarlara məsləhət xidmətləri göstərməsi, yoxlamaların risk qiymətləndirilməsi prinsipi əsasında təyin edilməsi və elektron uçotu, yoxlamalar həyata keçirilərkən yaranan sualların siyahısının tətbiqi nəzərdə tutulur. Sənəddə həmçinin sahibkarların risk qrupları (yüksək, orta və aşağı) üzrə bölgüsü öz əksini tapıb. Sahibkarlıq subyektlərində yoxlamalar da məhz həmin bölgüyə uyğun olaraq həyata keçirilir. Yüksək risk qrupuna aid sahibkarlara münasibətdə yoxlamalar bir, orta risk qrupuna aid olanlarda iki, aşağı risk qrupuna aid sahibkarlıq subyektlərində isə üç ildə bir dəfədən çox olmayaraq aparılır. Qanuna əsasən, hər bir yoxlayıcı orqan tərəfindən internet saytında yoxlama zamanı cavab verilməli olan sualların siyahısı dərc edilməlidir. Bu isə sahibkarlara əvvəlcədən onlardan nələr tələb olunduğunu bilmələrinə imkan verir. Hər bir yoxlayıcı orqanda "Qaynar xətt” fəaliyyət göstərir. Sahibkarların yoxlayıcı orqanların mütəxəssislərini öz obyektlərinə dəvət etmələrinə də imkan yaradılıb. Bu, sahibkara yardım xarakteri daşıyır və onu gələcək qanun pozuntularından sığortalayır.

Məlum olduğu kimi, sahibkarların hüquqlarının müdafiəsinin daha da gücləndirilməsi ilə bağlı dövlət başçısının 3 fevral 2016-cı il tarixli fərmanına əsasən, Azərbaycan Respublikasının Prezidenti yanında, eləcə də mərkəzi və yerli icra hakimiyyəti orqanlarında fəaliyyət göstərən apelyasiya şuraları yaradılmış, onların fəaliyyətini tənzimləyən əsasnamələr təsdiq edilmişdir. Apelyasiya şuraları sahibkarlar tərəfindən özlərinin sahibkarlıq fəaliyyəti ilə bağlı müvafiq icra hakimiyyəti orqanının qərarlarından (qərarların qəbul edilməsindən imtinadan) və ya sərəncamından, əmrindən, hərəkət və ya hərəkətsizliyindən verilmiş təkrar şikayətlərə baxan kollegial orqandır. Bu şuraların qərarlarından, hərəkət və hərəkətsizliyindən verilmiş şikayətlərə isə Azərbaycan Respublikasının Prezidenti yanında Apelyasiya Şurasında baxılır.

Sahibkarların hüquqlarının dövlət tərəfindən qorunmasının digər bir aspekti də onlarla dövlət arasında operativ əlaqə mexanizminin qurulmasıdır. Bu, sahibkarlara qarşılaşdıqları problemləri operativ həll etməyə imkan yaradır, üstəlik ayrı-ayrı məmurların qanundankənar tələblərinin qarşısını alır.

Rüstəm KAMAL,

"Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM