18 Oktyabr 2011 03:10
235
Mədəniyyət
A- A+

Dövlət müstəqilliyimizin bərpasının iyirminci ildönümünə həsr olunmuş konsert keçirilmişdir

 

Bakı şəhərindəki 6 nömrəli musiqi məktəbində Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş bayram konserti keçirilmişdir.

Səbail Rayon İcra Hakimiyyətindən AzərTAc-a bildirmişlər  ki, məktəbin akt zalına toplaşmış qonaqlar qarşısında istedadlı flamenko ifaçısı, 2010-2011-ci illlərdə "Festival de la Jordoba" müsabiqələrinin iştirakçısı və diplomantı Cavid Ələkbərli çıxış etmişdir.

İspaniyanın məşhur musiqiçiləri Manolo Sanlukar, Manolo Franko, Pako Serrano, Xose Antonio Rodriqezdən sənət dərsləri almış gənc ifaçı Cavid Ələkbərli ifası zamanı "Bayatı-Şiraz" muğamını improvizə etmiş, flamenko üslubunda müxtəlif ispan ritmlərini səsləndirmişdir.

Gənc ifaçının çıxışı dəfələrlə tamaşaçıların sürəkli alqışları ilə müşayiət olunmuşdur.

Əlamətdar bayram ərəfəsində keçirilən bu konsertdə gənc ifaçı Cavid Ələkbərlinin uğurlu çıxışı Azərbaycan-İspaniya mədəni əlaqələrinin möhkəmlənməsi və inkişafında yeni səhifələrdən biri olmuşdur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video