06 Iyul 2021 17:24
936
İQTİSADİYYAT
A- A+

Dövlət Gömrük Komitəsinin sədri iranlı həmkarı ilə görüşüb

 

İyulun 6-da Dövlət Gömrük Komitəsinin (DGK) sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev İran İslam Respublikasının Gömrük Administrasiyasının prezidenti Mehdi Mirəşrəfi ilə onlayn formatda görüşüb.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AZƏRTAC-a bildirilib ki, komitə sədri iki ölkə arasındakı mehriban qonşuluq və əməkdaşlıq münasibətlərindən məmnunluqla bəhs edib, gömrük orqanlarının da qarşılıqlı əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb. Səfər Mehdiyev sərhədkeçmə proseslərinin sürətləndirilməsi, tranzit imkanlarının genişləndiriməsi istiqamətində mövcud əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruriliyini vurğulayıb. DGK sədri xüsusilə pandemiya dövründə, istər gömrük xidməti rəhbərləri səviyyəsində, istərsə də sərhəd-gömrük buraxılış məntəqələrində mütəmadi xarakter alan ikitərəfli görüşlərin iki qonşu ölkənin gömrük sahəsi üzrə mövcud əməkdaşlığının davamlı inkişafına müsbət təsirindən danışıb.

İranın Gömrük Administrasiyasının prezidenti M.Mirəşrəfi iki ölkə arasındakı tarixi-mədəni əlaqələrdən, sosial-iqtisadi sahədəki işgüzar münasibətlərdən danışıb, qarşılıqlı əlaqələrin gücləndirilməsi istiqamətində gömrük orqanlarının rolunu xüsusi vurğulayıb. O bildirib ki, tranzit yüklərin daşınması istiqamətində əməkdaşlığın daha da gücləndirilməsi iki ölkə ərazisindən keçən nəqliyyat dəhlizlərinin cəlbediciliyinin artmasına, regional inkişafa mühüm töhfə verə bilər və bu istiqamətdə gömrük orqanlarının üzərinə mühüm vəzifələr düşür.

Görüşdə qarşılıqlı maraq doğuran bəzi məsələlərlə bağlı müzakirələr aparılıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video