08:34 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dövlət-din münasibətləri davamlı olaraq təkmilləşir

ANA SƏHİFƏ / CƏMİYYƏT
01:03 22.06.2021

 

İyunun 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) yaradılmasının 20 illiyi münasibəti ilə “Azərbaycan Respublikasında dövlət-din münasibətləri: 20 illik zaman kəsiyində” mövzusunda videokonfrans keçirilib.

Videokonfransı giriş sözü ilə açan DQİDK-nın sədri Mübariz Qurbanlı ölkəmizdə yüksək səviyyədə tənzimlənən dövlət-din münasibətlərinin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğuna diqqət çəkərək məhz Ümummilli Liderin fəaliyyəti nəticəsində o illərdə sağlam zəmində dövlət-din münasibətləri qurulduğunu, milli-mənəvi dəyərlərə münasibətin kökündən dəyişdiyini, bu dəyişikliyin fonunda ölkədə etiqad, inanc azadlığının bərqərar olduğunu bildirib. Qeyd edib ki, Ulu Öndərimizin dövlət-din münasibətlərinin tənzimlənməsi sahəsində böyük və tarixi xidmətlərindən biri də 2001-ci il iyunun 21-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılmasıdır. Ümummilli Lider Heydər Əliyevin əsasını qoyduğu siyasət, Prezident İlham Əliyevin onu uğurla davam etdirməsi və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun milli-mənəvi dəyərlərimizin, zəngin tolerantlıq ənənələrimizin ölkədə və beynəlxalq aləmdə təbliği istiqamətində ardıcıl fəaliyyəti Dövlət Komitəsinin qarşısına qoyulmuş məqsədlərə çatmasına əlverişli zəmin yaradır.

Dövlət Komitəsinin öhdəsinə düşən vəzifələr ötən 20 il ərzində yüksək səviyyədə həyata keçirilib. Ötən müddətdə din sahəsində dövlət siyasətinin həyata keçirilməsi, dini etiqad azadlığı prinsiplərinin qorunması, dövlət-din münasibətlərinin qanunvericilik əsasında tənzimlənməsi, dini dözümlülük ənənələrinin möhkəmləndirilməsi və dini icmalar arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi istiqamətində ardıcıl tədbirlər reallaşdırılıb. Maarifləndirmə işinin Dövlət Komitəsinin əsas fəaliyyət istiqamətlərindən biri olduğunu bildirən M.Qurbanlı bu müddət ərzində komitənin fəaliyyətini təkcə ölkə daxili ilə məhdudlaşdırmadığını, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində də işlərini davam etdirdiyini vurğulayıb.

Çıxışında həmçinin böyük Qələbəmizlə nəticələnən 44 günlük Vətən müharibəsinə toxunan komitə sədri vurğulayıb ki, Azərbaycanın Müzəffər Ali Baş Komandanı, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin düşmən üzərindəki böyük Zəfəri ölkə tarixinin ən şərəfli səhifələrindəndir. Azərbaycanda fəaliyyət göstərən dini konfessiyalarla, xüsusilə Qafqaz Müsəlmanları İdarəsi ilə sıx əməkdaşlıq şəraitində çalışan Dövlət Komitəsi Vətən müharibəsi zamanı erməni təbliğatının ifşasına yönələn çoxsaylı tədbirlərdə yaxından iştirak edib.

M.Qurbanlı vurğulayıb ki, Komitənin bir neçə əməkdaşı Vətən müharibəsində iştirak edib, digər əməkdaşlar isə bu dövrdə üzərlərinə düşən vəzifəni yüksək məsuliyyətlə yerinə yetirməyə çalışıblar.

Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Humanitar siyasət, diaspor, multikulturalizm və dini məsələlər şöbəsinin Multikulturalizm və dini məsələlər sektorunun müdiri Müzəffər Talıblı dövlətin din siyasətinin həyata keçirilməsində Dövlət Komitəsinin səmərəli fəaliyyətindən, ötən müddət ərzində işgüzar kollektivin formalaşmasının, ixtisaslı kadr siyasətinin gücləndirilməsinin önəmi barədə danışıb. Ötən ilin noyabrında Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm Zəfər tarixi yazaraq ərazi bütövlüyümüzü təmin edən Azərbaycanın yeni inkişaf mərhələsinə qədəm qoyduğunu bildirən M.Talıblı daxili və xarici siyasətimizdəki nailiyyətlərə diqqət çəkib. Vurğulayıb ki, bu tarixi proseslərdə milli-mənəvi dəyərlərimizin, multikultural ənənələrimizin də mühüm rolu olub.

Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin birinci müavini, müfti Salman Musayev əvvəlcə QMİ-nin sədri Allahşükür Paşazadənin Dövlət Komitəsinə ünvanladığı təbrik məktubunu konfrans iştirakçılarının diqqətinə çatdırıb. Qeyd edib ki, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun icra olunması, dövrün tələblərinə uyğun əlavə və düzəlişlər edilməsi üçün təkliflər verilməsi, dövlətin din siyasətinin həyata keçirilməsi, din xadimləri ilə dövlət arasında əlaqələndirici rol oynaması baxımından komitənin fəaliyyəti təqdirəlayiqdir. Fəaliyyət göstərdiyi ötən dövr ərzində DQİDK xaricdən Azərbaycana yönələn təhdidlərin, zərərli dini fikirlərin təbliğatının qarşısının alınmasında, dini maarifləndirmə və təbliğat işləri apararaq radikal dini cərəyanların təsirlərinin neytrallaşdırılmasında mühüm rol oynayıb.

Milli Məclisin deputatı, İctimai birliklər və dini qurumlar komitəsinin üzvü Ceyhun Məmmədov qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin din sahəsində atdığı ən böyük addımlardan biri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaradılması olub. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkədəki dini durumda gərginlik müşahidə olunurdu, istər İslam, istər qeyri-İslam radikal dini qrupların fəaliyyəti ölkədəki dini duruma mənfi təsir göstərirdi. Məhz bu səbəblərdən din sahəsinə yeni yanaşmalar tələb olunurdu. MDB məkanında ilk dəfə Azərbaycanda Ulu Öndərin fərmanı ilə belə bir qurum yaradıldı və dini fəaliyyət sahəsində bir sıra islahatlar həyata keçirildi. Qısa müddət ərzində dini durumda sabitlik müşahidə edildi. Din sahəsində aparılan maarifləndirmə işləri, ölkə miqyasında keçirilən çoxsaylı tədbirlər öz bəhrəsini verir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə kollektivi təbrik edərək, komitənin genişspektrli fəaliyyətinə uğurlar arzulayıb. Rəhbərlik etdiyi qurumla Dövlət Komitəsinin birgə əməkdaşlığına toxunan Rəvan Həsənov ölkə daxili və xaricində iki qurum tərəfindən həyata keçirilən layihələrin önəmindən danışıb.

Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Melih Yevdayev, Avropa Yəhudilərinin Bakı dini icmasının sədri Aleksandr Şarovski, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi protoiyerey Elnur Əfəndiyev, Azərbaycan Respublikasının Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili, Azərbaycanda Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumunun təmsilçisi Yozef Marek, “Azərbaycan Bibliya Cəmiyyəti”nin xristian dini icmasının sədri Rasim Xəlilov Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, 44 günlük Vətən müharibəsinin qalib sərkərdəsi Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın dini sahəyə göstərdiyi diqqət və qayğı barədə danışıblar. Eyni zamanda ötən dövr örzində Dövlət Komitəsinin dini konfessiyalarla qarşılıqlı əməkdaşlığın inkişafı, dini qurumların fəaliyyətinin dəstəklənməsi istiqamətindəki uğurlu fəaliyyətinə, habelə dini icmaları narahat edən məsələlərin dərindən öyrənilməsi, dini durumdakı neqativ halların aradan qaldırılması məqsədilə həyata keçirilən kompleks tədbirlərə diqqət çəkiblər.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM