29 Avqust 2021 00:16
904
Səhiyyə
A- A+

Dondurulmuş şəfa

 

Qızmar yay aylarının vazkeçilməz təamlarından olan dondurma sərinləşdirici, dadlı və ləzzətli olmaqla yanaşı, həm də insan orqanizminə faydalı olması ilə də diqqət çəkir. Xüsusilə həkimlər dondurmanın sümüklər üçün əsas elementlərdən olan kalsium və fosfor deposu olduğunu vurğulayır. 100 qr süddəki kalsium və fosforun miqdarının konsentrasiyasındakı sıxlıqdan asılı olaraq dondurma fayda verə bilər. Belə ki, 100 qram dondurmada 135 mq kalsium olduğu halda bu miqdar süddə 115 mq-dır. Eyni zamanda 100 qram dondurmada fosfor 115 mq, süddə 92 mq-dır.

Dondurma C, E, D, B6, B12 və K vitamini baxımından çox zəngin qidadır. Tərkibindəki K vitamini sayəsində qan laxtalanmasının qarşısını alır və qan axınını sürətləndirir. Antioksidant xüsusiyyətləri ilə orqan və sinirlərin və immunitet sisteminin fəaliyyətini tənzimləyir. Yağ, zülal və karbohidratlarla da zəngin olan dondurma böyrək daşlarının əmələ gəlməsinin qarşısını alır.

66 qram dondurmanın enerji miqdarı 137 kilokaloridir. Dondurmanın tərkibində 2,31 q protein, 7,26 q yağ, 15,58 q karbohidrat, 0,5 q pəhriz lifi, 14,01 q şəkər var. Bu miqdarda dondurma istehlak edən insanın D vitamini ehtiyacının 33, A vitamininin 11, B12-nin 10, fosforun 8 və kalsiumun 8 faizi ödənir.

 

Xoşbəxtliyin açarı

 

Mütəxəssislərin fikrincə, dondurma faydalı xüsusiyyətləri ilə yanaşı, insana verdiyi enerji, stress və yorğunluğu azaltma gücünə də malikdir. Bol miqdarda karbohidrat ehtiva etdiyi üçün dondurma yeyərək daha çox enerjili olmaq mümkündür. Tərləmənin qarşısını alan və soyuq içkilərdən daha yaxşı təsir gücünə malik olan dondurma yorğun şəxslərə yenidən gümrahlıq verir.

Südlü dondurmalarda olan triptofan maddəsi insana xoşbəxtlik və rahatlıq verən bir hormondur. Bu baxımdan həkimlər çox stress keçirən insanlara çəkinmədən dondurma yemələrini məsləhət görürlər.

 

Çox yemək zərərlidir

 

Dondurmanın həddindən artıq istehlakı isə bəzi zərərli təsirlərə səbəb ola bilər. Bu qida yağ tərkibli olduğundan çox yeyildiyi təqdirdə qanda xolesterinin yüksəlməsinə, yüksək qan təzyiqinin yaranmasına səbəb ola bilər. Eyni zamanda çox miqdarda şəkər ehtiva etdiyi üçün qanda şəkərin yüksəlməsinə gətirib çıxarar.

İçindəki kalsiumun çox olması səbəbindən iştahanın azalması, böyrək ağrısı, ürəkbulanma və depressiya yaradar. Acqarına istehlak edilməsi məsləhət görülməyən dondurma qəbulu mədəaltı vəzin problemlərinə, sinus infeksiyalarına yol açar.

Həkimlər aşağıda sadalanan xəstəliklər zamanı dondurma yeməməyi məsləhət görür:

- diabet;

- mədəaltı vəzin iltihabı;

- öd kisəsinin iltihabı;

- qastrit, mədə və 12 barmaq bağırsağın xorası;

- miqren, baş ağrıları;

- beyin qan dövranının pozulması;

- ürəyin işemik xəstəliyi.

 

Diqqət etməli olduğumuz məqamlar

 

Türkiyəli qidalanma və pəhriz mütəxəssisi Yeşim Çeliyin fikrincə, dondurmanı yeyən zaman ən diqqət etməli olduğumuz məqam onun sağlıqlı və gigiyena qaydalarına uyğun hazırlanmış olmasıdır. Süd mikroorqanizmlərin törəməsi üçün imkan yaratdığına görə tez xarab olur. Buna görə də xüsusilə dondurmanın hazırlandığı südün pasterizə olmasına fikir vermək lazımdır. İcazəsiz istehsal edilən və son istifadə tarixi keçmiş məhsullar əsla alınmamalıdır.

Dondurma acqarına yeyildikdə  iştahı öldürür. Buna görə tox ikən və ara qida kimi yeyilməsi məsləhətdir. Dondurma soyuq şirniyyat olduğundan birdən-birə deyil, ağızda əridilərək udulmalıdır. Tez udularsa, mədə sancmalarına səbəb ola bilər.

Badamcıq əməliyyatından sonra bəzi həkimlər sonrakı ağırlaşmaları aradan qaldırmaq üçün dondurma yeməyi tövsiyə edirlər. Lakin tənəffüs yolları infeksiyalarında, udlaq və badamcıq iltihablarının müalicəsi müddətində dondurma məsləhət görülmür.

Y.Çelik bildirir ki, satışda şəkər xəstələri üçün də hazırlanmış dondurma əldə etmək mümkündür. Aparılan tədqiqatlarda laktoza dözümsüzlüyü olan insanlarda gündə 2 dəfə dondurma yeyildiyi halda bununla bağlı hər hansı mənfi əlamət müşahidə olunmayıb. Dondurma yavaş həzm edildiyi üçün bu insanlar tərəfindən asanlıqla qəbul edilir.

Keyfiyyətinə əmin olduğunuz dondurmanı bir az meyvə əlavə edərək yemək daha faydalıdır. Xüsusilə kalori miqdarı az, su tərkibi çox olan gilənar ən ideal seçimlərdən biridir.

 

Bu hal uşaqlarda köklüyə səbəb ola bilər

 

Uşaqların gündə 100 qr-dan artıq dondurma yeməsi köklüyə səbəb ola bilər. Həmçinin 1 yaşdan kiçik olan uşaqlara dondurma verilməsi qida allergiyası yarada biləcəyi üçün təhlükəlidir.

Mütəxəssis qeyd edir ki, pəhriz saxlayan insanların adətən şirniyyat kimi dondurma yemələri məsləhət görülür. Lakin bu zaman miqdara diqqət etmək lazımdır. Dondurma digər şirniyyatlara nisbətən daha az kaloriyə malik olmaqla daha bəsləyici qida hesab olunur. Balanlaşdırılmış və sağlam bir qidalanma proqramına, həmçinin idman hərəkətləri qaydalarına əməl etməklə həftədə 1-2 dəfə qatqısız dondurma yeyilməsi tövsiyə olunur.

Ancaq dondurmanın kalori miqdarı istehsal zamanı onun tərkibinə qatılan məhsullardan asılı olaraq dəyişə bilər. Aromatik maddələr, biskvit, vafli, fındıq və fıstıq kimi dadlandırıcılar bu göstəricini artıra bilər. Məsələn, 100 qr sadə dondurmada 140 kalori var. Bu miqdarda karamelli dondurma - 265, vanilli - 235, bananlı - 225, şokoladlı - 220, çiyələkli isə 180 kalori ehtiva edir.

Dondurma əslində xəstəliyə səbəb olmur. Ancaq istehsal əsnasında qida maddələri nizamnaməsinə əməl etmədən sintetik maddələrdən istifadə olunması, düzgün paylama və saxlama qaydalarına əməl olunmaması xəstəlik yarada bilər.

Dondurmanın boğazda faringit yarada biləcəyi düşüncəsi də bəzi insanları bu qidadan imtina etməyə vadar edir. Lakin bunun da qaydaları var, dondurmanı bədən temperaturunun həddindən artıq yüksəldiyi vaxtlarda sərinləmək məqsədilə, qızmar istilərdə isə çox miqdarda yeməməyə diqqət yetirmək lazımdır. Mümkün olduğu qədər yavaş-yavaş yeyilsə, sağlamlıqla bağlı heç bir problem yaranmaz.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video