05:15 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dominqesin hədəfi çempionluqdur

ANA SƏHİFƏ / İDMAN
01:44 01.08.2021

 

“Azərbaycan millisinin aktivində artıq iki medal var. Onlardan biri də mənimdir. Buna görə çox xoşbəxtəm”. Bunu Azərbaycan yığmasının boksçusu Alfonso Dominqes Tokio Olimpiadasında yarımfinala vəsiqə qazanması barədə danışarkən deyib.

81 kq çəki dərəcəsində türkiyəli Bayram Malkan üzərindəki qələbə sayəsində ən azı bürünc medalı təmin edən Dominqes sevincini gizlətməyib. Ancaq o, bununla kifayətlənməyəcəyini də vurğulayıb: “Uzunmüddətli məşqlərin yekunu kimi uğurlu nəticə qazandım. Buna görə çox sevincliyəm. Bürünc medalı təmin etsəm də, hədəfim Olimpiadada qızıl medal qazanmaqdır”.

26 yaşlı idmançı döyüş zamanı hakimə etdiyi etirazına da aydınlıq gətirib: “Hakimə bildirdim ki, rəqib başını çox aşağı əyir, döyüşə bilmirəm. Buna görə çox əsəbləşdim, çünki belədə uduza bilərdim. Axı döyüşmək istəyirdim”.

Qeyd edək ki, Alfonso Dominqes yarımfinal döyüşünə avqustun 1-də çıxacaq. Təmsilçimiz son Olimpiya çempionu olan kubalı Arlen Lopeslə qarşılaşacaq.

 

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM