06:06 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Doğma yurda canlarını qurban edənlər

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:49 29.07.2021

 

Qazi Nihat Aydın oğlu Əfəndi şəxsi əşyalarının muzey eksponatına çevrilməsini istəyib

 

2020-ci ilin payızında 44 günlük Vətən müharibəsi Azərbaycan Ordusunun qələbəsi ilə başa çatdıqdan sonra məlum oldu ki, bu tarixi zəfəri yazanlar yalnız torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalanlar deyil, həm də  ya əlini,   qolunu, ya da ayağını, gözlərini itirən qazilərimzdir.

Belə igid, qorxmaz Vətən oğullarından biri də Vətən müharibəsi iştirakçısı, qazi Nihat Əfəndidir.

 Bu günlərdə AMEA Milli Azərbaycan Tarix Muzeyində görüşü təşkil edilən Nihat Əfəndi “Anadır arzulara hər zaman Qarabağ!” və “Azərbaycan Atabəylər dövləti” sərgiləri ilə tanış olaraq, şəxsi əşyalarını (fotoları, tərcümeyi-halı, onu yaralamış güllə başlığını) muzeyin Vətən Müharibəsi Fonduna təhvil verib. 

Nihat Aydın oğlu Əfəndi 19 iyul 1999-cu ildə Sumqayıt şəhərində dünyaya göz açıb. O, 2005-2014-cü illərdə Sumqayıtdakı 29 saylı orta məktəbdə  oxuyub. Burada IX sinfi bitirdikdən sonra 2016-cı ildə Bakı şəhərindəki 2 saylı Peşə Liseyini videooperator ixtisası üzrə başa vurub.

2017-ci ilin iyul ayında həqiqi hərbi xidmətə çağırılan Nihat Əfəndi Ağdam rayonundakı “N” saylı hərbi hissədə xidmət edib. 2019-cu ilin yanvar ayında  ordu sıralarından tərxis olunub.

Qazinin şəxsi əşyalarının fonda təhvil verilməsində vasitəçi olan  muzeyin əməkdaşı Aygün Məmmədova  deyir ki, Nihat hələ məktəbli yaşlarından səkkiz il Sumqayıt şəhərindəki “Alüminium” idman zalında sərbəst güləş üzrə məşğul olub: “...2020-ci ildə Vətən müharibəsinin başlaması ilə əlaqədar səfərbərliyə cəlb edilən Nihat könüllü olaraq ön cəbhəyə göndərilib. Ötən il sentyabrın 21-də əvvəlcə Qusar rayonundakı “N” saylı hərbi hissəyə, 27 sentyabrdan isə Qarabağ ərazisinə göndərilib. Füzuli, Cəbrayıl və Xocavənd ərazisindəki döyüşlərdə iştirak edən Nihat Əfəndi 2020-ci il oktyabrın 13-də Hadrutun azad edilməsi əməliyyatında düşmənin artilleriya atəşi nəticəsində sol gözündən və sağ ayağından yaralanıb...”

2020-ci il noyabrın 3-dən o, yenidən hərbi əməliyyatlara cəlb edilib. Ötən ilin son günlərində, daha dəqiq desək, dekabrın 30-da ordu sıralarından tərxis olunan Nihat Aydın oğlu Əfəndi “Vətən müharibəsində fəal iştirak etdiyinə görə” Fəxri fərmana və “Füzulinin azad olunmasına görə” medalına layiq görülüb.

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM