26 Sentyabr 2021 18:33
744
DÜNYA
A- A+

Dmitri Peskov: Türkiyə Rusiyanın tərəfdaşıdır və iki ölkə arasında münasibətlər inkişaf edir

 

Türkiyə Rusiyanın tərəfdaşıdır və iki ölkə arasında münasibətlər inkişaf edir.

AZƏRTAC xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Moskva. Kreml. Putin” verilişində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın Soçiyə səfəri ərəfəsində söyləyib. Onun sözlərinə görə, Prezident Rəcəb Tayyib Ərdoğanın Krımla bağlı fikirləri qarşıdan gələn Soçi danışıqlarının uğurlu və konstruktiv keçməsinə mane olmayacaq.

D.Peskov əlavə edib ki, Türkiyə Prezidentinin Krımla bağlı mövqeyi Rusiyaya məlumdur və o, bu mövqeyini heç zaman gizlətməyib.

Kremlin sözçüsü Rusiya və Türkiyə prezidentləri arasında möhkəm etimada əsaslanan çox yaxşı işgüzar, ciddi danışıqlar aparmağa şərait yaradan münasibətlər olduğunu da vurğulayıb.

Xatırladaq ki, Rusiya və Türkiyə prezidentləri Vladimir Putin və Rəcəb Tayyib Ərdoğan arasında danışıqların sentyabrın 29-da Soçidə keçiriləcəyi gözlənilir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video