06 Mart 2021 22:20
209
SİYASƏT
A- A+

Diplomatik korpusun rəhbərləri Qubadlı rayonuna səfər ediblər

Martın 6-da Azərbaycandakı diplomatik korpusun rəhbərləri, hərbi attaşelər və jurnalistlər Ermənistan işğalından azad edilmiş Qubadlı rayonunda olublar. Səfər Prezident İlham Əliyevin tapşırığına əsasən reallaşıb.

Diplomatları və hərbi attaşeləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, ADA Universitetinin rektoru Hafiz Paşayev və digər rəsmi şəxslər müşayiət ediblər.

AZƏRTAC-ın bölgəyə ezam olunmuş müxbiri xəbər verir ki, Prezidentin köməkçisi Hikmət Hacıyev Qubadlı rayonunun mərkəzində səfər iştirakçılarını erməni vandalizminin acı nəticələri barədə məlumatlandırıb. Qeyd edib ki, rayon işğal dövründə yerləbir edilib, hətta onun mərkəzinin harada yerləşdiyini müəyyən etmək belə çətindir. Yaşayış binaları dağıdılıb, yalnız işğal dövründə hərbi məqsədlər üçün Ermənistan tərəfindən istifadə olunan binalar tikilib.

Hikmət Hacıyev vurğulayıb ki, Qubadlının və Zəngilanın işğalı çox çətin şəraitdə baş verib. Cəbrayıl və Füzuli işğal olunduğu üçün bu rayonlarda yaşayan insanların rayonu tərk etməsi çətin idi, onlar mühasirəyə alınmışdılar. Belə bir şəraitdə mülki əhalinin çox hissəsi Araz çayı üzərində İranın yaratdığı humanitar dəhliz vasitəsilə çıxmaq məcburiyyətində qaldılar. Onların bir çoxu da Araz çayında həyatlarını itirdilər. Bu da Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı işğal prosesi çərçivəsində törətdiyi qırğın siyasətinin tərkib hissəsi idi. Ekspertlər Qubadlıda olub və burada törədilən dağıntıları qiymətləndiriblər.

Qubadlıda çoxsaylı dini-mədəni abidələrin olduğunu deyən Hikmət Hacıyev diqqətə çatdırıb ki, bu abidələrin hamısı dağıdılıb. “Mən Cəbrayılda dağıdılan qəbiristanlıqlar barədə də danışmaq istərdim. Evlərin, qəbiristanlıqların məqsədli şəkildə dağıdıldığının şahidiyik, - deyə o əlavə edib.

Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov 1993-cü ildə Xarici İşlər Nazirliyinin əməkdaşı olaraq Qubadlıya son səfəri barədə danışıb. Bildirib ki, əhalinin əksəriyyəti həmin dövrdə rayonu tərk etmək istəmirdi. Rayon coğrafi baxımdan çox strateji yerdə yerləşir. Qubadlı 1988-ci ildə Ermənistandan qovulan azərbaycanlıları qəbul edən ilk rayonlardan biri idi. Əhali rayonu müdafiə edirdi, lakin həm Qarabağdan, həm də Ermənistan ərazisində yerləşən Qafan şəhərindən davamlı artilleriya atəşinə məruz qalan qubadlılılar həyatlarını xilas etmək üçün öz evlərini tərk etməyə məcbur oldular.

O deyib ki, Qubadlının əhalisi təxminən 29 min nəfər idi, lakin keçən illər ərzində rayonun əhalisinin sayı artaraq 40 mini keçib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video