Diplomatik akademiyaların rektorlarının Dünya Forumunun növbəti illik toplantısı Bakıda keçiriləcək
Sentyabrın 25-dən 28-dək ABŞ-ın nüfuzlu Tafts Universitetinin Fletçer Hüquq və Diplomatiya Məktəbində diplomatik akademiyalar və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin və ali məktəblərin ənənəvi illik Beynəlxalq Forumu keçirilmişdir. Beynəlxalq Forumda dünyanın 100-dən artıq diplomatik akademiyasının və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektor və dekanları iştirak etmişlər.
Forumda diplomatik treninqdə regional əməkdaşlıq, beynəlxalq biznes və keçid dövrünün diplomatiyaları, ətraf mühit problemlərinin həllində diplomatiyanın rolu, BMT-də çoxtərəfli diplomatiya və digər məsələlər müzakirə olunmuşdur.
Tədbirdə xarici işlər nazirinin müavini, Azərbaycan Diplomatik Akademiyasının (ADA) rektoru Hafiz Paşayev də iştirak etmişdir.
Forumun sonuncu günündə H.Paşayev ADA-nın inkişaf yolu və əldə edilmiş uğurlar barədə iştirakçılara ətraflı məlumat vermiş, akademiyanın tikilməkdə olan yeni binası - müasir təhsil kompleksinin gələn il hazır olacağını bildirmişdir. Rektor 2012-ci ilin forumunun Azərbaycanda keçirilməsini təklif etmişdir. H.Paşayev vurğulamışdır ki, Azərbaycan hökuməti tərəfindən təhsilin inkişafına xüsusi diqqət göstərilməsi ADA-nın timsalında beynəlxalq ictimaiyyətə daha qabarıq şəkildə çatdırıla bilər. Diplomatik akademiyaların və beynəlxalq münasibətlər üzrə ixtisaslaşan universitetlərin rektorlarının növbəti illik forumunun Bakıda keçirilməsinə yekdilliklə dəstək verilmişdir.
Xatırladaq ki, Diplomatik Treninq üzrə Beynəlxalq Forum 1972-ci ildən keçirilir. ADA yarandığı 2006-cı ildən bu forumda iştirak edir.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib
25 Aprel
Türkiyənin “ASELSAN” şirkəti ixrac həcmini 1 milyard dollara çatdırmağı planlaşdırır ...
25 Aprel
Qırğızıstan Prezidenti Sadır Japarovun Azərbaycana dövlət səfəri başa çatıb
25 Aprel
Milli Məclisin sədri Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri sədrlərinin iclasın...
25 Aprel
Türkiyənin Kahramanmaraş Sütcü İmam Universiteti ilə Azərbaycan Tibb Universiteti arasında birgə elm...
25 Aprel
Fransızların çoxu Makronun Aİ qərarlarına real təsir göstərdiyinə inanmır
25 Aprel
Dəyişən iqlim şəraitində əməyin mühafizəsi ilə bağlı maarifləndirmə tədbirləri təşkil olunub ...
25 Aprel
Rusiya XIN: Moskva Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyasına gələcəkdə də ...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNİB
25 Aprel
Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun Şəhidlər xiyabanında xatirəsi anılıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!