23 Sentyabr 2021 00:28
919
ELANLAR
A- A+

DİN-in Baş Dövlət Yol Polisi İdarəsi açıq tender elan edir

 

LOT- 1: 2022-ci ilin tələbatına uyğun olaraq DİN-in Baş Dövlət Yol Polisi İdarəsi tərəfindən “Nəqliyyat vasitələri üçün dövlət qeydiyyat nişanlarının, dövlət qeydiyyat şəhadətnamələri və sürücülük vəsiqələri üçün blankların istehsalı, habelə istehsal prosesinin təmin edilməsi üçün dəstləşdirici mal-materialların satın alınması.

Tender iştirakçılarına təklif edilir ki, öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar. Ətraflı məlumatı Xırdalan, Binəqədi şosesi, 4 (Əlaqələndirici şəxs: Əvəz Məmmədzadə. telefon: +994125908160 ([email protected])) ünvanından almaq olar.

İştirak haqqı: LOT- 1: 3000 AZN

Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri:

Təşkilat - Baş Dövlət Yol Polisi İdarəsi

VÖEN: 9900063851

H/h: AZ45CTRE00000000000002078506

Dövlət Xəzinədarlığı Agentliyi

VÖEN: 1401555071

Kod: 210005

M/h: AZ41NABZ01360100000000003944

SWİFT Bik: CTREAZ22

İştirak haqqı heç bir halda geri qaytarılmır.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

1. İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri.

2. Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi.

3. Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 30 bank günü.

4. Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü.

5. Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış.

6. İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti.

7. İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı.

8. Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər.

9. Sahibkarlıq subyektinin meyarına dair sənəd.

Sənədlər Azərbaycan dilində 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). Tender proseduru “Dövlət satınalmaları haqqında” qanuna uyğun keçiriləcəkdir. İddiaçılar tenderdə iştirak etmək üçün yuxarıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla)  27.10.2021-ci il saat 13:00- a qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 10.11.2021-ci il saat 13:00-a qədər Xırdalan, Binəqədi şosesi, 4 ünvanına təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunmuş zərflər açılmadan geri qaytarılacaqdır. İddiaçıların təkliflərinin açılışı 11.11.2021-ci il saat 13:00-da Xırdalan, Binəqədi şosesi, 4 ünvanında aparılacaqdır. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

 

Tender komissiyası

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video