29 Oktyabr 2021 00:06
1230
Mədəniyyət
A- A+

Dil açan daş kitabə

 

“Hər tamaşa isə bir ömür...” kitabı milyonçu-mesenat Ağamusa Nağıyevin tarixi yadigarları haqqında maraqlı topludur

 

XIX əsrin ikinci yarısı,  iyirminci yüzilliyin isə 20-ci ilinədək  olan dövr Azərbaycan milli tarix elmi üçün öz yeni xüsusiyyətləri və problemləri ilə diqqəti cəlb edir. Bununla əlaqədar araşdırmalar kitablara çevrilərək nəşr edilməkdədir.

Belə vacib nəşrlərdən biri neft milyonçusu, xeyriyyəçi Ağa Musa Nağıyevin ömür yolundan söz açan, əməli fəaliyyətinə arxiv materialları əsasında ayna tutan “Hər tamaşa isə bir ömür...” kitabıdır. Toplu “Elm” nəşriyyatında çapdan buraxılıb.

Kitab müəllifin aşağıdakı epiqrafı ilə açılır: “Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab

İlham Heydər oğlu Əliyevin uzaqgörənliyi, siyasi baxışı, əsl Sərkərdə kimi püxtələşməyi bizləri bir çox “ocaqda köz, yazmağa söz” qalmadı məsəlinə tuşladı”.

Milyonçu-xeyriyyəçi Ağa Musa Nağıyevin nəvəsi Dilarə Ağa Musa Nağıyeva-Muxtarova sayca səkkizinci olan bu toplusu vasitəsilə oxucusunu neft milyonçusu, xeyriyyəçi babasının ömür yolu ilə  tanış edir, onun fəaliyyətində indiyədək  görünməyən səhifələri vərəqləyir. Əslində, burada  o, babasının şəxsi həyatından daha çox, zamanənin, dövrün gətirdiyi acı ruzigardan kimlərin salamat çıxıb xalqımızın taleyində mühüm rol oynadığına ayna tutur.

Məqalələr və arxiv sənədlərindən aydın olur ki, Ağa Musa Nağıyev heç də sıradan bir milyonçu olmayıb. Yaxın dövr tariximizə neft sənayesi və təhsilin inkişafında böyük xidmətlər göstərmiş ən zəngin milyonçu-mesenantın bu xeyirxahlığı da xalqımızın yaddaşına yazılır.

Kitabda ümummilli mənafe naminə xidmətləri arasında diqqət çəkən məqamlardan biri də paytaxt Bakının bu gün də öz əzəmətliliyi, tarixiliyi, milli memarlıq nümunəsi sayılan, dördü xəstəxana kimi istifadə edilən yüzə yaxın binadır ki, onlardan biri də mesenantın “Cəmiyyəti-xeyriyyə” üçün tikdirdiyi “İsmailiyyə”dir.

Neft sənayesinin nəhənglərindən sayılan Ağa Musa Nağıyevin xeyriyyəçiliyini yalnız xalqımız bilmirdi. Onun bu xeyirxahlığının səs-sədası qonşu və doğma, qardaş ölkələrdən də gəlirdi. Kitabda bir-birindən maraqlı və tarixi əhəmiyyətli faktlar yetərincədir. Məsələn, 1914-cü ildə, yəni Balkan müharibəsi dövründə  unudulmayan xeyriyyəçilərimiz Hacı Zeynalabdin Tağıyevlə Ağa Musa Nağıyev yetim qalmış uşaqlara kömək məqsədilə beş min rubl ianə etmələrinin yer almasıdır.

Ağa Musa Nağıyev rus-Osmanlı müharibəsi dövründə Ərzurumun dağıdılmış məscidlərinin birində tapılan müqəddəs “Qurani-Kərim” kitabını satın alaraq qoruyub saxlayıb, Sultan V Mehmet Rəşada hədiyyə olaraq  bağışlayıb. Türk sultanı da Ağa Musa Nağıyevi belə xidmətlərinə görə “Məscidi”  və “Osmani” ordenləri ilə təltif edib.

Kitabdakı “Məşhur VENZEL-EMBLEM” xüsusilə diqqət çəkir. Müəllif emblemi şərh edərək yazır: “Hambal şələsinin kənarlarında sünbül çələngləri, mərkəzində soykökü kirill əlifbası ilə həkk olunmuş “MH-daş kitabə: VENZEL-EMBLEM, Ağa Musanın keçmişini unutmadığına - hamballıq etdiyinə bir işarədir. Binaların üzərinə vurulduğu VENZEL milyonçunun daşlaşmış möhrünün təsirini bağışlayır. Mesenantın iş otağındakı VENZELin hazırlanmasına 2 kiloqram qızıl sərf edilib. Həmin EMBLEMİ adını daşıdığı və təsisçisi olduğum “Milli Dəyərlərin Qorunması” ictimai təşkilatının möhürü ilə yaşadıram”...

 

Məhəmməd NƏRİMANOĞLU,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video