14:54 25 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

“Dəmir yumruğ”un növbəti Zəfəri

ANA SƏHİFƏ / SİYASƏT
01:27 06.07.2021

 

Üç rayon üzrə 189 min minanı əks etdirən xəritə Azərbaycana təhvil verilib

 

Vətən müharibəsindəki Zəfər Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik qələbəsi kimi yadda qaldı. Ordusu darmadağın olunan Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa yolu yox idi. Artıq Dağlıq Qarabağ münaqişəsi tarixə qovuşub və işğaldan azad olunmuş torpaqlarımızda  genişmiqyaslı quruculuq işləri başlayıb.

 

Minalanmış ərazilər Azərbaycan Ordusunun qarşısını ala bilmədi

 

Azərbaycan dövlətinin maliyyə-iqtisadi imkanları Qarabağın dirçəlişi prosesini daha sürətlə aparmağa imkan verir. Həm də bu prosesdə iştirak etmək istəyən xarici tərəfdaşlarımızın sayı kifayət qədər çoxdur. Bu məsələdə ləngiməyə səbəb olan yeganə problem Azərbaycan Silahlı Qüvvələrinin əzici üstünlüyü qarşısında geri çəkilərkən Ermənistan ordusu tərəfindən ərazilərin minalanmasıdır.

Mina torpağın altında gizlədilən və piyadalar, nəqliyyat vasitələri, ağır hərbi texnikalar üzərindən keçdiyi zaman partlayaraq onları öldürmək, sıradan çıxarmaq və ya məhv etmək üçün hazırlanmış partlayıcı qurğudur. Hədəf qurğunun üzərindən keçərkən təzyiq səbəbindən avtomatik partlayır. Hədəflər minanın birbaşa partlamasından, partlayış nəticəsində ətrafa saçılan qəlpələrdən və ya hər ikisindən zərər görə bilərlər.

Xatırladaq ki, Ermənistan hələ işğal dövründə bütün cəbhə zonasını böyük ölçüdə minalamışdı. Günlərin birində Azərbaycan Ordusunun hücum edəcəyini dərk edən işğalçıların yaratdığı bir neçə mərhələli müdafiə mövqelərinin müəyyən hissəsini minalanmış ərazi təşkil edirdi. Bu ərazilərə kütləvi şəkildə piyada və tank əleyhinə minalar basdırılmışdı.

Bakıdakı Hərbi Qənimətlər Parkının ərazisində xüsusi yaradılmış pavilyonda Ermənistanın avtomobil və zirehli texnikaları məhv etmək və hərəkətini əngəlləmək, habelə piyadalar əleyhinə yaratdığı mina sahələrinin formasını görmək mümkündür. Düşmən 30 ilə yaxın müddətdə cəbhə xəttində neçə mərhələdən ibarət gücləndirilmiş müdafiə istehkamları yaratmışdı. Lakin onların heç biri Azərbaycan Ordusunun hücumlarını əngəlləyə bilmədi və döyüşən bölmələrimiz ilk saatlardan düşmənin ön cəbhə xəttindəki bütün səngərlərini ələ keçirmişdilər.

 

Düşmən qaçarkən də müharibə cinayətinə əl atdı

 

Müharibənin başa çatmasından sonra Ermənistanın geri çəkilərkən torpaqlarımızı minaladığı məlum oldu. Bu bir daha Ermənistanın terrorçu siyasətinin təsdiqi oldu. Düşmən işğaldan sonra nəinki bütün binalarımızı, bütün tarixi abidələrimizi dağıdıb, eyni zamanda hər tərəfi minalamışdı.  O cümlədən Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geriyəçəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər daha çox ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib. Minalar təkcə təmas xəttinə yaxın olan ərazilərə yox, şəhərlərə, yollara, önəmli strateji yüksəkliklərə basdırılıb.

Hərbi əməliyyatların başa çatmasından sonra Ermənistan hər vəchlə mina xəritələrini verməkdən imtina edirdi. Əsas bəhanələri də o idi ki, guya, minalar basdırılarkən qeydiyyat aparılmayıb. Prezident İlham Əliyev Ermənistanın mina xəritələrini verməkdən imtina etməsini hərbi cinayət adlandırmışdı: “Burada ən böyük çətinlik ondan ibarətdir ki, Ermənistan tərəfi bizə mina xəritələrini vermir, bundan imtina edir. Halbuki biz dəqiq bilirik ki, onlarda belə xəritələr var. Sadəcə olaraq, bu xəritələri verməmək Ermənistanın növbəti hərbi cinayətidir”.

Lakin bununla bağlı Azərbaycanın apardığı işlər nəticəsini verdi və Ermənistan ilk olaraq Ağdam rayonu üzrə minalanmış ərazilərin xəritəsini verməyə məcbur oldu. İlk olaraq  2021-ci il iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etdi. Mina xəritələrinin Azərbaycana verilməsi, ilk növbədə, onu göstərdi ki, Prezident İlham Əliyevin Ermənistanı buna məcbur etmək üçün yürütdüyü prinsipial və məqsədyönlü siyasət öz uğurlu nəticəsini verməkdədir.

 

Qətiyyətli siyasətin məntiqi nəticəsi

 

İyulun 3-də isə Ermənistan tərəfindən işğal dövründə Füzuli və Zəngilan rayonlarında basdırılmış tank və piyada əleyhinə təqribən 92 min minaya dair xəritələr Rusiya Federasiyasının təşəbbüsü ilə Azərbaycana təqdim edildi. Bu hadisə bir daha göstərdi ki, Azərbaycanın mina xəritələrinin mövcud olması barədə iddiaları tamamilə haqlı, Ermənistanın bəhanələri isə yalan imiş.

Füzuli və Zəngilan rayonlarında basdırdığı minaların xəritələrinin Ermənistandan alınması Prezident İlham Əliyevin həyata keçirdiyi fəaliyyətin məntiqi nəticəsi və siyasi-diplomatik qələbəsidir. Eyni zamanda növbəti mina xəritələrinin Azərbaycana verilməsi İlham Əliyevin düşünülmüş və qətiyyətli siyasəti nəticəsində Ermənistanın çıxılmaz vəziyyətə düşdüyünü və mina xəritələrini verməyə məcbur qaldığını sübut edir.

Humanist addım olaraq Azərbaycan tərəfi məhkəmənin hökmü ilə azadlıqdan məhrum edilmiş və təyin edilmiş cəza müddəti bitmiş 15 nəfər erməni əsilli şəxsi Ermənistana təhvil verib.

Mina xəritələrinin əldə edilməsi “dəmir yumruğ”un növbəti təntənəsidir. Bu,  on minlərlə vətəndaşımızın, o cümlədən minatəmizləyənlərin həyatını təhlükədən xilas edəcək və işğaldan azad edilmiş ərazilərimizdə Prezident İlham Əliyev tərəfindən əsası qoyulan tikinti və yenidənqurma layihələrini və məcburi köçkünlərin qayıdışı prosesini sürətləndirəcək.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM