08:04 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlər mükafatlandırılıb

ANA SƏHİFƏ / CƏMİYYƏT
02:47 11.06.2021

 

İyunun 10-da Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Birləşmiş Millətlər Təşkilatının (BMT) Dayanıqlı İnkişaf Məqsədləri üzrə seçilmiş 17 gənc səfirin təqdimat və mükafatlandırma mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, gənc səfirlərin seçimi Gənclər və İdman Nazirliyinin və BMT-nin İnkişaf Proqramının ölkəmizdə ilk dəfə birgə həyata keçirdiyi “Qlobal siyasi müzakirələrdə gənclərin fəal iştirakını dəstəkləmək üçün yeni əsasların yaradılması” layihəsi çərçivəsində baş tutub.

Təqdimat mərasimində Baş nazirin müavini, Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasseti, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev və Milli Məclisin deputatı Məzahir Əfəndiyev iştirak ediblər.

Baş nazirin müavini Əli Əhmədov tədbirdə çıxış edərək bildirib ki, bu, uzunmüddətli və eyni zamanda özünü doğruldan layihələrdən biridir. Layihə Azərbaycan gənclərinin beynəlxalq təşkilatların fəaliyyətində aktiv iştirakı baxımından mühüm əhəmiyyət kəsb edir. Fəaliyyətini başa vuran gənc səfirlərin uğurlarını müsbət qiymətləndirən Əli Əhmədov onları təbrik edib. Baş nazirin müavini gənclərin etimadı doğruldacaqlarına və üzərlərinə düşən missiyanı uğurla həyata keçirəcəklərinə əminliyini bildirib, onlara uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev gənc səfirləri təbrik edərək onlara bu məsuliyyətli işdə uğurlar arzulayıb. Gənclərin böyük uğurlar qazanacaqlarına inamını ifadə edən nazir müavini deyib ki, gənc səfir seçilmək üçün müsabiqəyə müxtəlif regionlardan 300-ə yaxın ərizə daxil olub. Şəffaf seçim prosesi çərçivəsində həmin gənclər arasından müvafiq bilik və bacarıqlara malik 17 nəfər Dayanıqlı İnkişaf Məqsədləri üzrə Azərbaycanda növbəti gənc səfirlər seçiliblər.

BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi Alessandro Frakasseti gənc səfirlərin seçimində fəal dəstəyinə görə Gənclər və İdman Nazirliyinə təşəkkürünü bildirib. O, gənclərin hər birinin təmsil edəcəkləri sahədə uğurlu olacaqlarına inandığını qeyd edib.

Qeyd edək ki, 2018-2020-ci illərdə fəaliyyət göstərmiş Dayanıqlı İnkişaf Məqsədləri üzrə gənc səfirlərin uğurlu fəaliyyəti və Dayanıqlı İnkişaf Məqsədlərinin ölkə ərazisində təbliğində göstərmiş olduqları səylər layihə üzrə növbəti gənc səfirlərin seçilməsini zəruri edib. Ötən illərdə layihənin gənclərə qazandırdığı bilik və bacarıqlar 2021-2023-cü illər üzrə seçilmiş gənc səfirlərin ölkədə Dayanıqlı İnkişaf Məqsədləri ilə əlaqədar həyata keçirilən təşəbbüslərdə daha fəal və innovativ təbliğat vasitələri ilə fəaliyyət göstərəcəklərinə ciddi əsas yaradır.

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM