28 Oktyabr 2021 18:58
797
İDMAN
A- A+

Daxili İşlər Nazirliyinin idmançıları İtaliyada keçirilən dünya çempionatında dörd medal qazanıblar  

Daxili İşlər Nazirliyinin idmançıları İtaliyanın Cesolo şəhərində keçirilən kikboksinq üzrə böyüklər arasında WAKO versiyası üzrə dünya çempionatında mübarizə aparıblar.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, nazirliyin İdman Cəmiyyəti yarışlarda “WAKO Lo-Kick” versiyası üzrə böyük məşqçi, gənclər və yeniyetmələrdən ibarət yığma komandanın baş məşqçisi, Əməkdar məşqçi, Baş Mühafizə İdarəsinin əməkdaşı, polis baş serjantı Hikmət Hacıyevin rəhbərliyi altında 6 idmançı ilə təmsil olunub.

Görüşlərdə Azərbaycan Kikboks Federasiyasının birinci vitse-prezidenti, WAKO versiyası üzrə dünya çempionu, peşəkar döyüşlərin qalibi Ramal Aslanov rus, xorvat və qırğız idmançıları məğlub edərək final mərhələsinə vəsiqə qazanıb. Finalda qələbənin hakimlərin qərarı ilə rəqibə verilməsindən sonra idmançımız gümüş medalla kifayətlənməli olub.

DİN İdman Cəmiyyətini təmsil edən digər idmançılar - Hüseyn Hacıyev onaltıdabir, Elməddin Baxşəliyev isə səkkizdəbir finalda mübarizəni dayandırıblar. Əsgər Rəhimov və Məhəmməd İmanov isə Vətənə bürünc medallarla qayıdıblar.

Veteranların yarışında İdman Cəmiyyətinin baş inspektoru, polis polkovnik-leytenantı Eduard Məmmədov 63 kiloqram çəki dərəcəsində tatami üzərinə çıxıb. İlk döyüşdə italiyalı idmançıya 15 xal üstünlüyü ilə vaxtından tez qalib gələn idmançımız ikinci qarşılaşmada Avstriya təmsilçisini məğlub edib. Finalda Ukrayna idmançısını yarışdan kənarlaşdıran E.Məmmədov qızıl medal qazanıb. Bununla da veteran idmançı “WAKO” versiya üzrə 6-cı, ümumilikdə isə bütün versiyalar üzrə 26-cı dəfə dünya çempionu olub.

Vətən müharibəsindən sonra ilk yarışına çıxan E.Məmmədov bu qələbəsini şəhidlərimizin xatirəsinə həsr etdiyini bildirib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video