14:11 20 Oktyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:50 20.10.2021

QARABAĞIN HAVA QAPISI


00:49 20.10.2021

11 ayda 14 səfər


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Daşkənddə «Təhsilli və intellektual inkişaf etmiş nəslin hazırlığı ölkənin davamlı inkişafının və müasirləşməsinin mühüm şərti kimi» mövzusunda beynəlxalq konfrans keçirilmişdir
ANA SƏHİFƏ / TƏHSIL
01:02 19.02.2012

 

Fevralın 16-17-də Daşkənddə "Təhsilli və intellektual inkişaf etmiş nəslin hazırlığı ölkənin davamlı inkişafının və müasirləşməsinin mühüm şərti kimi" mövzusunda beynəlxalq konfrans keçirilmişdir.

Konfransda Azərbaycan, Almaniya, Amerika Birləşmiş Ştatları, Yaponiya, Koreya Respublikası, İtaliya, Sinqapur, Rusiya, həmçinin Avropa və Asiyanın 40-dan artıq ölkəsindən gəlmiş alimlər, elm və təhsil müəssisələrinin rəhbərləri və nümayəndələri, o cümlədən Birləşmiş Millətlər Təşkilatı, Asiya İnkişaf Bankı, Dünya Bankı, İslam İnkişaf Bankı və digər beynəlxalq təşkilatların nümayəndələri iştirak etmişlər.

Konfransda Azərbaycanın təhsil naziri Misir Mərdanov, Milli Məclisin deputatı Asəf Hacıyev, Bakı Dövlət Universitetinin prorektoru Şəlalə Məmmədova, Milli Məclisin eksperti Şahin Məmmədov və başqaları iştirak etmişlər. 

Özbəkistan Prezidenti İslam Kərimov salona toplaşanları salamlamış, ölkədə siyasi və iqtisadi sahədə aparılan islahatların "Özbək modeli"nin uğurlarından danışmış, təhsil sahəsinin isə həmişə ön planda olduğunu bildirmişdir. Dövlət başçısı qeyd etmişdir ki, Özbəkistanda təhsil sahəsində islahatlarla bağlı qəbul olunmuş proqram artıq bəhrəsini verməkdədir. Bu gün bununla fəxr edə bilərik.

Asiya İnkişaf Bankının prezidenti Xaruxiko Kuroda Özbəkistanda təhsil, səhiyyə, energetika və digər sahələrdə aparılan uğurlu islahatlar haqqında məlumat vermiş, Özbəkistan hökuməti ilə birgə layihələrdən danışmış, bu işin davam etdiriləcəyini qeyd etmişdir.

 Konfransın bölmələr üzrə keçirilən iclaslarında Özbəkistanda kadrların hazırlanması üzrə Milli proqram çərçivəsində həyata keçirilən layihələr, yüksək keyfiyyətli fasiləsiz təhsilin təmin olunması və digər məsələlər müzakirə edilmiş, konfrans iştirakçıları orta məktəb, akademik lisey və kolleclər, həmçinin digər təhsil müəssisələrinin iş təcrübəsi ilə də tanış olmuşlar.

Tədbirdə Azərbaycan nümayəndələri ölkəmizdə təhsil sahəsində qazanılmış uğurlardan danışmış, dövlətimizin gənc nəslə diqqət və qayğısı haqqında məlumat vermişlər.

Misir Mərdanov AzərTAc-ın müxbiri ilə söhbətində bildirmişdir ki, "2011-2021-ci illərdə Azərbaycan təhsilinin inkişafı üzrə Milli Strategiya"nın hazırlanması haqqında Azərbaycan Prezidentinin sərəncamı ilə bağlı ölkəmizdə ciddi işlər gedir. 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı, Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər) və respublikada təhsilin inkişafı ilə əlaqədar digər sənədlər qəbul olunmuşdur. Biz iştirakçılarla görüşlərimizdə də bu barədə məlumat vermişik.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Daşkənd



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM