18 Mart 2012 01:03
409
Mədəniyyət
A- A+

Daşkənddə böyük Azərbaycan bəstəkarı Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar xatirə gecəsi keçirilmiş, «1001 gecə» baleti göstərilmişdir

 

Azərbaycanın Özbəkistandakı səfirliyi Daşkənddəki Əlişir Nəvai adına Özbəkistan Dövlət Opera və Balet Teatrı ilə birgə tanınmış Azərbaycan bəstəkarı, SSRİ xalq artisti Fikrət Əmirovun 90 illiyi ilə əlaqədar xatirə gecəsi keçirmişdir.

Tədbirdə diplomatik korpusun əməkdaşları, Özbəkistanın elm, mədəniyyət və incəsənət xadimləri, diasporumuzun fəalları iştirak etmişlər.

Teatrın foyesində Fikrət Əmirovun portreti və böyük bəstəkar haqqında görkəmli musiqi xadimlərinin söylədikləri fikirləri əks etdirən stend qoyulmuşdur. Qonaqlara F.Əmirovun yaradıcılığı haqqında materiallar paylanmışdır.

Azərbaycanın Özbəkistandakı müvəqqəti işlər vəkili Akif Əliyev teatra toplaşanları salamlamış, Azərbaycan ilə Özbəkistan arasında mədəni əlaqələrdən danışmış, Özbəkistan teatrlarının səhnəsində Azərbaycan müəlliflərinin əsərlərinin tamaşaya qoyulmasının dostluq əlaqələrimizin daha da gücləndirilməsinə təkan verəcəyini bildirmişdir. Diplomat demişdir ki, dünya şöhrətli bəstəkarın əsərləri ancaq Bakı, Moskva, Kiyev, Daşkənd teatrlarında deyil, Avropanın bir çox ölkələrinin tanınmış teatrlarında tamaşaya qoyulmuşdur və onun əsərlərinə maraq azalmır.

Azərbaycanın və Özbəkistanın xalq artisti, tanınmış opera rejissoru  Firudin Səfərov Fikrət Əmirovla dostluğundan danışmış, böyük bəstəkarla bağlı xatirələrini söyləmiş, onun əsərlərinin dünyanın ən mötəbər musiqi salonlarında səsləndiyini qeyd etmişdir.

Teatrın baş baletmeysteri, F.Əmirovun "1001 gecə" baletinin quruluşçu rejissoru, Özbəkistanın xalq artisti İbrahim Yusupov əsərin bədii dəyəri və musiqi xüsusiyyətləri haqqında danışaraq bildirmişdir ki, bu əsər 1997-ci ildən bu teatrın səhnəsindədir və hər tamaşa beləcə anşlaqla keçir. Özbəkistanda Azərbaycan musiqisinə həmişə böyük maraq olub ki, bu da Azərbaycan mədəniyyətinin və incəsənətinin böyüklüyündən xəbər verir.

Sonra böyük bəstəkarın "1001 gecə" baleti göstərilmişdir. Tamaşada əsas rolları Özbəkistanın xalq artisti Tamalla Muxammedova, əməkdar artistlər Vadim Qellertov və Nadejda Şilova ifa etmişlər.

 

Qulu KƏNGƏRLİ,

AzərTAc-ın xüsusi müxbiri

 

Daşkənd

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video