08 Oktyabr 2011 06:10
482
İQTİSADİYYAT
A- A+

Daha bir Təlim-Tədris Mərkəzi yaradılacaq

 

ARDNŞ-nin "Azərikimya" İstehsalat Birliyində şirkətin Təlim-Tədris və Sertifikatlaşdırma İdarəsi, bp Azərbaycan şirkətinin Xəzər Texniki Təlim Mərkəzinin və "TTE-Petrofac", Almaniyanın texniki avadanlıqlar üzrə ixtisaslaşmış "Festo" şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Tədbirdə kimya müəssisələri üçün yüksək ixtisaslı kadrların hazırlanması və təkmilləşdirilməsi məqsədilə müasir tipli Təlim-Tədris Mərkəzinin yaradılması barədə müzakirələr aparılıb. Görüş zamanı ölkənin neft-kimya sənayesinin gələcək inkişafının təmin edilməsi məqsədilə müəssisələrin yenidən qurulması, müasir və modern istehsalat sahələrinin yaradılması ilə paralel olaraq yüksək peşəkarlığa və texniki biliyə malik mühəndis və fəhlə kadrların hazırlanması, bunun üçün "Azərikimya"nın texniki-təlim bazasının gücləndirilməsi zərurəti vurğulanıb. Qeyd olunub ki, ARDNŞ-nin tərkibində sayca 4-cü olacaq Təlim-Tədris Mərkəzinin ilkin layihələri üzərində işlərə artıq başlanılıb. Mərkəzin Etilen-Polietilen Zavodunun ərazisində yaradılması nəzərdə tutulub. Yeni mərkəzdə quraşdırılacaq müasir torna və frezer dəzgahları, avtomatika-nəzarət-ölçü cihazları, sınaq-sazlama və elektrik stendləri, qaynaq kompleksləri ilə bərabər birliyin bütün mütəxəssisləri tərəfindən ingilis və alman dillərinin öyrənilməsi üçün linqafon kabinetləri də istifadəyə veriləcək. Bu, həm dizayn və maddi-texniki baza baxımından, həm də təlim-tədris səviyyəsi baxımından ən yüksək tələblərə uyğun kadr hazırlığı mərkəzi olacaq.

Yaradılacaq şərait kimyaçıların ixtisas və peşəkarlıq səviyyəsinin artırılmasına, həmçinin ixtisaslı gənc fəhlə kadrların - operatorların, çilingərlərin, tornaçıların, qaz və elektrik qaynaqçılarının hazırlanmasına imkan verəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video