18 Iyun 2021 01:32
1973
Qanunlar
A- A+

“Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında”,  “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında”, “Yaşıllıqların mühafizəsi haqqında”, “Uşaqların icbari dispanserizasiyası haqqında”, “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında”, “Peşə təhsili haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında”, “Psixoloji yardım haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

 

Azərbaycan Respublikasının Qanunu

 

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının  94-cü maddəsinin I hissəsinin 1-ci bəndini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 4, maddə 272; 2019, № 11, maddə 1685; 2020, № 7, maddə 831) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.0.2-ci maddədən “qeydiyyatı və” sözləri çıxarılsın;

1.2. 4.1-ci və 6.6-cı maddələr aşağıdakı redaksiyada verilsin:

“4.1. Dağınıq skleroz xəstəliyinə tutulmuş şəxslərin uçotunun aparılmasını təmin etmək, dağınıq sklerozla xəstələnmə halları, ağırlaşma, əlilliyin, o cümlədən 18 yaşadək uşaqların sağlamlıq imkanları məhdudluğunun müəyyən edilməsi və ölüm halları, müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında sistematik və düzgün məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən registr yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir.”;

“6.6. Dağınıq skleroz xəstəliyinə tutulmuş uşaq və gənclərə təhsil aldıqları müəssisələrdə tibb mütəxəssisləri və müəllimlər vasitəsilə xüsusi nəzarət təşkil edilir, səhhətlərində hər hansı dəyişiklik baş verdikdə tibbi yardım göstərilir.”.

Maddə 2. “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 7, maddə 641; 2014, № 4, maddə 347, № 7, maddə 767; 2016, № 6, maddə 987; 2018, № 10, maddə 1979, № 11, maddə 2226; 2019, № 4, maddə 579, № 11, maddə 1685; 2020, № 7, maddə 831) 22.7.10-cu maddəsində “səhiyyə” sözü “dövlət tibb” sözləri ilə əvəz edilsin.

Maddə 3. “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, № 6, maddə 606; 2017, № 12 (I kitab), maddə 2208; 2018, № 3, maddə 402, № 10, maddə 1964; 2019, № 6, maddə 990) 6.1.2-ci maddəsində “və səhiyyə” sözləri”, tibb” sözü ilə əvəz edilsin.

Maddə 4. “Uşaqların icbari dispanserizasiyası haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, № 4, maddə 360; 2018, № 2, maddə 155) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 7.3-cü, 7.4-cü maddələrdə, 7.5-ci maddənin birinci və ikinci cümlələrində, 8.1-ci maddədə ismin müvafiq hallarında “orqanı” sözü ismin müvafiq hallarında “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə əvəz edilsin;

4.2. 7.8-ci maddənin birinci cümləsinə “müəyyən etdiyi” sözlərindən sonra “orqan (qurum) tərəfindən müəyyən edilən” sözləri əlavə edilsin;

4.3. 9.1-ci maddənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:

“İcbari dispanserizasiyadan keçmiş uşaqların registri uşaqların sağlamlıq vəziyyəti və müalicə-profilaktika tədbirlərinin səmərəliliyi haqqında tam məlumat almaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən yaradılır və müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) həmin registrə çıxışı təmin edilir.”.

Maddə 5. “Tütün məmulatlarının istifadəsinin məhdudlaşdırılması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 12 (I kitab), maddə 2244; 2018, № 10, maddə 1969; 2020, № 12 (I kitab), maddə 1425) 10.1.2-ci maddəsində “səhiyyə” sözü “tibb müəssisələrində” sözləri ilə əvəz edilsin.

Maddə 6. “Peşə təhsili haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 6, maddə 1152; 2019, № 5, maddə 799, № 6, maddə 986, № 11, maddə 1685; 2020, № 5, maddələr 508, 514, № 7, maddələr 831, 851, № 11, maddələr 1323, 1335, № 12 (I kitab), maddə 1421; 2021, № 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:

6.1. 4.0.21-ci maddə aşağıdakı redaksiyada verilsin:

“4.0.21. dövlət peşə təhsili müəssisəsində pulsuz tibbi xidmətin təşkili qaydasını müəyyənləşdirmək;”;

6.2. 15.2-ci maddədə “ödənişsiz” sözü “pulsuz” sözü ilə və “müvafiq icra hakimiyyəti orqanı” sözləri “həmin təhsil müəssisələri” sözləri ilə əvəz edilsin.

Maddə 7. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 7 (I kitab), maddə 1386; 2019, № 3, maddə 381, № 5, maddə 797, № 8, maddə 1382; 2020, № 7, maddə 831, № 11, maddə 1335) 8.3-cü maddəsində “orqanı” sözü “orqanının müəyyən etdiyi orqan (qurum)” sözləri ilə, “orqanlarının” sözü “orqanının müəyyən etdiyi orqanın (qurumun)” sözləri ilə əvəz edilsin.

Maddə 8. “Psixoloji yardım haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 1, maddə 7) aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1.0.14-cü və 9.5.4-cü maddələrdə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

8.2. 5-ci fəslin adında “SƏHİYYƏ” sözü “TİBB” sözü ilə əvəz edilsin;

8.3. 18-ci maddə üzrə:

8.3.1. adında “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;

8.3.2. 18.1-ci maddənin birinci cümləsində və 18.2-ci maddədə “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin;

8.4. 19-cu maddə üzrə:

8.4.1. adında, 19.1-ci və 19.4-cü maddələrdə “Səhiyyə” sözü “Tibb” sözü ilə əvəz edilsin;

8.4.2. 19.2-ci maddədə və 19.5-ci maddənin birinci cümləsində “səhiyyə” sözü “tibb” sözü ilə əvəz edilsin.

Maddə 9. “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 5, maddə 789; 2020, № 6, maddə 664, № 7, maddə 851, № 11, maddə 1335; 2021, № 2, maddə 109) aşağıdakı dəyişikliklər edilsin:

9.1. 4.0.22-ci maddədə “ödənişsiz” sözü “pulsuz” sözü ilə əvəz edilsin və həmin maddədən “və dövlət ümumi təhsil müəssisəsində tibbi xidməti təmin etmək” sözləri çıxarılsın;

9.2. 19.2-ci maddəyə “xidmət” sözündən sonra “həmin təhsil müəssisələri tərəfindən” sözləri əlavə edilsin.

 

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 4 may 2021-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video