27 Avqust 2021 16:43
252
CƏMİYYƏT
A- A+

Cümşüd Sultanov: Tezliklə doğma yurdumuza köçəcək, burada toy-büsat edəcəyik

 

Uzun ayrılıqdan sonra yenidən doğma rayonumuzdayam. Bu günü bizə bəxş etdiyi üçün Ali Baş Komandanımıza çox-çox minnətdaram. İnşallah, tezliklə doğma yurdumuza köçəcək, burada toy-büsat edəcəyik.

AZƏRTAC xəbər verir ki, bu sözləri Laçın sakini, keçmiş hərbçi Cümşüd Sultanov deyib. O bildirib ki, dədə-baba torpaqlarına qayıtdığı üçün çox xoşbəxtdir: “Mən bu anı illərdir gözləmişəm. İndi bu torpaqların əsl sahibləri öz evlərinə qayıdıb. Bu hissləri bizə yaşatdığına görə ölkə Prezidentimizə, ordumuza minnətdaram. Kəlbəcərdən keçərək Laçına gələndə yolboyu icra olunan infrastruktur layihələrini gördük. Çox sevindik. Çünki ermənilərin viran qoyduğu bu yerlər tezliklə yenidən dirçələcək. İcra olunan infrastruktur layihələri Şərqi Zəngəzurun tezliklə güclü və gözəl bir diyara çevriləcəyindən xəbər verir. İnşallah o günləri də görəcəyik”.

Xatırladaq ki, avqustun 26-da bir qrup Laçın rayon sakini, keçmiş hərbçilər Kəlbəcərə və Laçına səfər ediblər.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video