00:52 29 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cüdoçumuz Hidayət Heydərov bürünc medal uğrunda yarışacaq Prezident İlham Əliyev yarımfinal qarşılaşmasına baxıb
ANA SƏHİFƏ / TƏDBIRLƏR
19:12 22.09.2018

Sentyabrın 22-də cüdo üzrə Bakıda keçirilən dünya çempionatında Azərbaycan idmançısı Hidayət Heydərov bürünc medal uğrunda mübarizə aparacaq.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri yarımfinal qarşılaşmasına baxıblar.

Yetmiş üç kiloqram çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Yaponiya idmançısı, dünya çempionu Soiçi Haşimotoya məğlub olub. O, bürünc medal uğrunda Monqolustan idmançısı Tsoqtbaatar Tsend-Oçirlə qarşılaşacaq.

Qeyd edək ki, 2013-cü və 2014-cü illərdə yeniyetmələr arasında Avropa çempionu olan Hidayət Heydərov 2015-ci ildə Birləşmiş Ərəb Əmirliklərində keçirilən gənc cüdoçuların dünya çempionatında bürünc medal qazanıb. O, 2017-ci ildə "Bakı-2017" IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub, həmçinin Avropa çempionu adını qazanaraq qitənin "Ən yaxşı gənc cüdoçu”su xüsusi mükafatına da layiq görülüb.


NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM