07 Mart 2021 20:41
842
İDMAN
A- A+

Cüdo üzrə Azərbaycan millisi “Böyük dəbilqə” turnirini iki bürünc medalla başa vurub  

 

Özbəkistanın paytaxtı Daşkənddə keçirilən cüdo üzrə “Böyük dəbilqə” turniri başa çatıb.

AZƏRTAC xəbər verir ki, turnirin sonuncu günündə üç cüdoçumuz mübarizə aparıb. Komandamızın üzvü Məmmədəli Mehdiyev (90 kq) ilk görüşdə Erlan Şerov (Qırğızıstan), daha sonra böyük britaniyalı Maks Stüart və estoniyalı Klen Kalyualidə qalib gələrək yarımfinala vəsiqə qazansa da, final uğrunda mübarizədə yerli idmançı Dovlat Bobonova məğlub olub. İdmançımız bürünc medal uğrunda görüşdə Özbəkistanın digər təmsilçisi Şermuxammad Jandreyev ilə qarşılaşmanı qələbə ilə başa vuraraq üçüncü yeri tutub.

Digər cüdoçumuz Uşangi Kokauri (+100 kq yuxarı) də turnirə qələbə ilə başlayıb. Cüdoçumuz əvvəlcə italiyalı Vinçentso Darko, daha sonra rusiyalı Anton Krivobokov və dörddəbir finalda finlandiyalı Marti Pymalayneni məğlub edib. Yarımfinalda yaponiyalı Kokoro Kaqeyreyə uduzan idmançımız üçüncü yer uğrunda qarşılaşmada Cənubi Koreya təmsilçisi Kim Minconq ilə də bacarmayıb və turniri medalsız başa vurub.

Komandamızın digər üzvü Aslan Mirzəyev (100 kq) isə ilk qarşılaşmada Otqonbatar Xlaqvasurenə (Monqolustan) məğlub olub.

Beləliklə, turnirə 12 idmançı ilə qatılan Azərbaycan komandası yekunda 2 bürünc medal qazanıb. Ötən gün Rüstəm Orucov (73 kq) da millimizin aktivinə bürünc medal yazdırıb. Bu nəticə ilə komandamız 14-cü pillədə qərarlaşıb.

Turnirdə ən yüksək nəticəni Yaponiya (9 qızıl, 1 gümüş, 1 bürünc) komandası göstərib. Monqolustan (2 qızıl, 2 gümüş, 1 bürünc) və Cənubi Koreya (1 qızıl, 1 gümüş, 4 bürünc) sonrakı pillələrdə qərarlaşıblar. Hərəyə 1 bürünc medal qazanan Rusiya, Fransa kimi cüdo ölkələri ilk 15-liyə düşə bilməyiblər.

Tokio Olimpiadasına lisenziya xarakteri daşıyan bu nüfuzlu turnirdə dünyanın 71 ölkəsindən 500-ə yaxın cüdoçu mübarizə aparıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video