05:08 18 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:27 18.09.2021

Təkcə qol çatmadı


00:15 18.09.2021

Dünya sual qarşısında


00:13 18.09.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Cozef Baydenin pandemiya ilə mübarizəsini amerikalıların yalnız 53 faizi bəyənir
 
ANA SƏHİFƏ / DÜNYA
15:15 05.08.2021

ABŞ Prezidenti Cozef Bayden administrasiyasının koronavirus pandemiyası ilə mübarizə sahəsindəki fəaliyyətini amerikalıların yalnız 53 faizi bəyənir.

AZƏRTAC Amerika KİV-inə istinadla xəbər verir ki, bu göstərici Kvinnipek Universitetinin (Konnektikut ştatı) keçirdiyi ictimai rəy sorğusunun nəticələrində yer alıb. Sorğuya əsasən, respondentlərin 40 faizi əks fikirdədir.

May ayında ABŞ administrasiyasının bu istiqamətdəki işindən analoji sorğularda iştirak edənlərin 65 faizi razı qaldığını bildirmişdi. O vaxt neqativ fikirdə olan respondentlər 30 faiz təşkil edirdi.

Ümumilikdə ABŞ Prezidentinin fəaliyyətindən amerikalıların 46 faizi razıdır, 43 faizi isə əks fikri dəstəkləyir. Cozef Baydenin iqtisadi siyasətini sorğu iştirakçılarının 43 faizi bəyənir, 48 faizi bəyənmir. Prezidentin xarici siyasətindən razı qalan amerikalılar 42 faiz, neqativ fikirdə olanlar isə 44 faiz təşkil edir.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM