06:46 20 Iyun 2021
ONLINE XƏBƏR LENTİ
00:51 20.06.2021

Çörək varsa...


00:48 20.06.2021

BİR XALLIQ TUR


00:31 20.06.2021

Stiv Klark sevincək olub


00:21 20.06.2021

Qızılı şəfa


00:19 20.06.2021

Bu çörək bir möcüzədir


00:18 20.06.2021

Həyat eleksiri


00:17 20.06.2021

Gəncliyə uzanan yol


00:16 20.06.2021

BİLDİRİŞ


00:15 20.06.2021 BİLDİRİŞ
Təbiətin yay melodiyası FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

COVID-19 xəstələrinin müalicəsində qidalanmanın rolu
ANA SƏHİFƏ / SƏHIYYƏ
20:16 04.05.2021

 

Hazırda bütün dünya əhalisi çoxlu qıcıqlandırıcı amillərin, o cümlədən stress və infeksiyaların əhatəsində yaşayır. Ona görə də balanslaşdırılmış qida rasionu insan orqanizmi üçün müdafiə rolu oynayaraq onu müxtəlif xəstəliklərdən qoruyur.

AZƏRTAC xəbər verir ki, Mərkəzi Gömrük Hospitalının həkim-terapevti Racu Nəbiyev yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxan xəstələrin qidalanması və hansı məhsullara üstünlük vermələri barədə deyib: “İnfeksiyaya yoluxmamışdan əvvəl COVID-19 xəstələrinin müxtəlif yanaşı xəstəlikləri olduğunu mütləq nəzərə almaq lazımdır.

Adətən koronavirus xəstələri gündə 4-5 dəfə qidalanırlar. Onların qida rasionu bitki lifləri, o cümlədən tərəvəz, göyərti, meyvə, giləmeyvə ilə zəngin olmalıdır. Həmin xəstələrə efir yağları ilə zəngin olan meyvələr, həmçinin kəskin ədviyyatlar, duzlu və hisə verilmiş qidaların verilməsi məhdudlaşdırılır”.

Onun verdiyi məlumata görə, bütün yeməklər bişirilmiş və ya buxara verilmiş halda qəbul edilməlidir: “Xəstəyə verilən yemək nə qaynar, nə də çox soyuq olmamalı, onların qəbul etdiyi mayelərin həcmi gün ərzində 1,5-2 litr artırılmalıdır. Həkim nəzarəti altında müxtəlif meyvə və tərəvəz şirələri, itburnu dəmləməsi, qurudulmuş giləmeyvə kompotu verilə bilər. COVID-19 xəstələrinin müalicəsi dövründə yanaşı xəstəlikləri nəzərə alınmalıdır. Həkim onların qida rasionuna bu və ya digər qidanı əlavə edə bilər, hər hansı qidanı isə rasiondan çıxara bilər. Məsələn, şəkərli diabet xəstələrinin qida rasionundan rafinə edilmiş karbohidratlar, yüksək təzyiqdən əziyyət çəkən xəstələrin qidasından isə təzyiqin qalxmasına təsir edən məhsullar çıxarılır”.

“COVID-19 xəstələrinin qida rasionuna kalsium, fosfor, maqnezium və vitamin D ilə zəngin olan məhsullar daxil edilir. Bunlar pendir, kəsmik, qatıq və digər süd məhsulları, balıq və tərəvəzlərdir. Düzgün və sağlam qidalanma koronavirus xəstələrinin sağalmasında dərman vasitələri qədər rol oynayır. Ona görə də yalnız düzgün qidalanma qəbul etməklə bu xəstəliklə mübarizədə müsbət nəticə əldə etmək mümkündür”, - deyə həkim-terapevt bildirib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM