15 Sentyabr 2021 00:43
734
Səhiyyə
A- A+

“COVID-19-un ümumi əlamətləri “mu” ştammında da özünü göstərir”

 

“Yeni növ koronavirusun (COVID-19) “mu” ştammı ilə əlaqədar məlumatlar yeni olsa da, əslində həmin variant yeni deyil. İlk dəfə yanvar ayında müşahidə olunub. Hazırda dünyada təxminən hər 5 ölkədən birində rast gəlinir.  Bütün dünyada yoluxmaların 0,1 faizdən də azı həmin ştamın payına düşür. Ümumdünya Səhiyyə Təşkilatını, dünyanın səhiyyə qurumlarını mövcud peyvəndlərin həmin ştamma qarşı necə təsir göstərdiyi maraqlandırsa da, bu barədə hələlik ətraflı məlumat yoxdur. Ştammın yayılma tezliyi aşağıdır və dünyanın əksər ölkələrində aşkarlanmayıb. Bundan başqa, virusun spesifik simptomları və ya əlamətləri haqqında dəqiq məlumat yoxdur. Sadəcə olaraq yayılmada bir intensivlik başlayıb”.

Almaniyada fəaliyyət göstərən azərbaycanlı həkim Ümüd Səlimzadə deyib ki, COVID-19-un ümumi əlamətləri “mu” ştammında da özünü göstərir: “Delta” ştammında daha çox boğaz, baş ağrısı və ya qripəbənzər əlamətlər müşahidə olunurdusa, “mu” ştamında spesifik əlamətlər hələlik müşahidə edilmir. Bu, daha çox yayılma sayının azlığı ilə əlaqədardır”.

Mütəxəssisin sözlərinə görə, sentyabrın axırlarından etibarən təhsil ocaqlarının açılması və tədrisin ənənəvi formada aparılması böyük uğurdur: “Bu, onu göstərir ki, pandemiyada müəyyən bir məsafə qət edilib və tədris prosesini bərpa etmək olar. Təhsil işçilərinin 80 faizinin peyvənd edilməsi də çox yaxşı haldır. Lakin məktəblilər peyvənd olunmayıblar və onların dərs zamanı maska taxması məcburi deyil. Pandemiya davam edən müddətdə 10 yaşından yuxarı olan məktəblilərin maska taxması məsləhətdir. Onların valideynlərinin də peyvəndlənməsi çox yaxşı olardı. Almaniyada 10 yaşından yuxarı uşaqların maska taxması məcburidir. Bunun üstünlüyü ondan ibarətdir ki, sinifdə yoluxan olduqda digərləri maska vasitəsilə yoluxmadan qoruna bilər. Məktəblərdə maska istifadəsi daha sığortalı bir təhsillə nəticələnər”.

Ü.Səlimzadə yeni növ koronavirus əleyhinə vaksinasiya məsələsinə də toxunaraq qeyd edib ki, əslində peyvəndlənmə bir həmrəylik prinsipi əsasında qurulur: “Əhalinin müəyyən bir hissəsi - 70-80 faizi peyvəndlənirsə, bu zaman pandemiya endemiyaya çevrilir və yeni mutasiyaların əmələ gəlməsinin qarşısı alınır. Əhalinin 20-30 faizi vaksinasiyadan keçə bilmirsə, yeni mutasiyaların yaranmasının qarşısı alındığından peyvənd edilənlər yüngül formalara yoluxur və səhiyyənin gücü, xəstəxanalarda boş çarpayılar qaldığına, yoluxanlara vaxtında və keyfiyyətli tibbi xidmət təşkil olunduğuna görə onları vəziyyətdən çıxarmaq mümkün olur. Lakin peyvənd olunmadan xəstəlikdən qorumağın mümkünlüyünü demək çətindir. Həmin vətəndaşlar bütün qoruyucu tədbirlərdən istifadə etməklə peyvəndsiz yaşamağa davam edirlər”.

Mütəxəssis koronavirusa yoluxanların hansı hallarda kompüter tomoqrafiyasına müraciət etməli olduğundan da bəhs edib: “Xəstədə ağciyər əlamətləri ortaya çıxarsa, yəni öskürək və üç dörd gün davam edən, enməyən 37,5 dərəcədən yuxarı temperatur müşahidə edilərsə, onda həkim göstərişi ilə kompüter tomoqrafiya müayinəsindən keçmək olar. Bəzən üç-dörd gündən sonra əlamətlər gedir, lakin kompüter tomoqrafiyasının nəticəsi olan radioloji şüalanma bəzən 6 ay ərzində orqanizmdən çıxmır. Ona görə də buna diqqət yetirmək lazımdır”.

Həkim hazırda dünyada mövcud peyvəndlərdən əlavə, 400-ə yaxın vaksin araşdırması və koronavirus əleyhinə bir neçə dərman axtarışı üzərində iş getdiyini də diqqətə çatdırıb.

 

AZƏRTAC

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video