29 Fevral 2012 01:02
354
CƏMİYYƏT
A- A+

Çöl quşlarının və heyvanların qanunsuz ovlanması aşkar edildi

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin aidiyyəti qurumlarının əməkdaşları  respublika ərazisində çöl quşlarının və heyvanların qanunsuz ovlanması və satılması hallarının qarşısını almaq məqsədilə reydlər keçiriblər.

2012-ci ilin yanvar-fevral aylarında keçirilmiş reydlər zamanı qanunsuz ovla məşğul olan 85 nəfər saxlanılıb. Onlardan 73 ədəd ov tüfəngi, 233 ədəd patron, 164 ədəd quş, o cümlədən "Qırmızı kitab"a düşmüş fısıldayan qu, bəzgək quşları götürülüb. Faktlarla bağlı 55 nəfər barəsində protokol tərtib olunub. Onlardan 24 nəfəri inzibati qaydada ümumilikdə 24 min manat məbləğində cərimə edilib. 31 nəfərin işinə qanunamüvafiq qaydada baxılır. 30 nəfərin isə şəxsiyyətinin müəyyənləşdirilməsi üçün hüquq-mühafizə orqanlarına müraciət olunub.  

Reydlər zamanı qanun pozucuları tərəfindən şəxsiyyətini təsdiq edən və ov silahlarına dair sənədlərin təqdim edilməsi, nazirliyin əməkdaşlarına müqavimət göstərilməsi, hətta fiziki zərər vurulması halları da olub. Belə ki, nazirliyin 7 saylı ərazi ekologiya və təbii sərvətlər şöbəsinin əməkdaşlarının keçirdiyi növbəti reyd zamanı Sabirabad, Saatlı və İmişli rayonlarının ərazisində fəaliyyət göstərən Sarısu ovçuluq təsərrüfatının ərazisində qanunsuz ovla məşğul olan 3 nəfər saxlanılıb. Onlar Saatlı rayonunun Hacıqasımlı kənd sakinləridir. Şöbə əməkdaşları qanun pozucularından şəxsiyyətlərinin təsdiqinə və ov silahına dair sənəd tələb etdiyi zaman onlardan biri şöbənin əməkdaşına müqavimət göstərib, ov silahı ilə onun üz nahiyəsinə zərbə endirərək yaralayıb və qaçıb.

Şöbə əməkdaşlarının səyi nəticəsində qanun pozucularından biri saxlanılaraq ondan ov tüfəngi, 17 ədəd patron, 5 ədəd  "Qırmızı kitab"a düşmüş fısıldayan ququşu aşkar edilib və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 404-cü maddəsinə əsasən maddi sübut kimi götürülüb. Faktla bağlı qanunamüvafiq qaydada akt və protokol tərtib edilib. Qeyd olunan qanun pozuntusu və nazirliyin əməkdaşlarına vurulan fiziki zərər barədə Saatlı Rayon Polis Şöbəsinə məlumat verilib. Faktla bağlı toplanmış materiallar İmişli Rayon Prokurorluğuna təqdim edilmək üçün hazırlanır.

Məlumatı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən almışıq.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video