CNN telekanalında Azərbaycanda xalçaçılıq sənətinə həsr edilmiş reportaj göstərilmişdir
Azərbaycan mədəniyyətinin tarixi ədəbi əsərlərdə əks etdirilməklə bərabər, həm də milli xalçaların zəngin naxışlarına hopmuşdur. AzərTAc xəbər verir ki, bu fikirlər CNN telekanalında Azərbaycanda xalçaçılıq sənətinə həsr edilmiş reportajda səslənmişdir.
Azərbaycanın tanınmış rəssamı, xalça ustası Eldar Mikayılzadə həmin reportajda demişdir: "Xalçaçılıq xalqımızın qədim mədəniyyətidir. Bizim ənənələrin çoxəsrlik tarixi vardır. Mən özümdən əvvəl ucaldılmış nəhəng qalaya yalnız kiçik bir daş əlavə edirəm".
Ustad sənətkar həmin verilişdə söyləyir ki, qədim dövrlərdə Azərbaycanda xalça toxumaqla ailəvi məşğul olurdular, belə ailələrin hər üzvünün məxsusi rolu müəyyən edilmişdi. Reportajda vurğulanır: "E.Mikayılzadə son üç ildə üç xalça yaratmışdır. Bu xalçaların ideyaları ona yuxuda əyan olur. Rəssam öz çətin işini Vətənə və kainata məhəbbətin məhsulu adlandırır".
Reportajda daha sonra qeyd edilir ki, Bakıdakı Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyində belə bir fikir mövcuddur ki, ənənələr heç vaxt adilik kimi qəbul edilə bilməz.
CNN telekanalının müxbiri, Azərbaycan haqqında silsilə reportajlar hazırlamış Cim Klensi belə bir sual verir: xalçaçılıq ənənələrini necə qoruyub saxlamaq mümkün olmuşdur?! Axı sovet dövründə əl əməyi mexaniki əməklə əvəz ediləndə bu ənənələr praktiki olaraq itirilmişdi...
Lətif Kərimov adına Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru, sənətşünaslıq doktoru, professor Röya Tağıyeva bu fikirlə razılaşaraq deyir: "Sovet dövrü xalçaçılıq sənəti və bu işlə məşğul insanlar üçün o qədər də yaxşı dövr deyildi. Həmin illərdə bir sıra ənənələr itirilmişdir".
Reportajda deyilir: "Xalça muzeyi bu ənənələri dirçəltmək cəhdində mühüm rol oynayır, nəsildən-nəslə ötürülən metodları öyrədir. Azərbaycanda xalça sənəti çoxəsrlik tarixə malikdir. Azərbaycan xalçalarının yaradılması texnikası müasir sərhədləri aşır".
C.Klensi deyir ki, xalça mərkəzi pozitiv enerji mənbəyi hesab edilir. Xalçanın kənarlarında çox vaxt təsvir edilən əjdahalar xalq inancına görə bu daxili enerji mənbəyini qoruyurlar. Rəvayətə görə ağ, tünd göy və xüsusən qırmızı rəng xalça sahibinə uğur gətirir.
R.Tağıyeva demişdir: "Qırmızı rəng xalça sənətində çox populyardır, çünki o, həyatın başlanğıcının rəmzidir. Xalça yaradılması prosesi çox zəhmət tələb edən işdir. Xalçanın bir santimetrinin yaradılmasına bütöv bir iş günü lazımdır".
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Bloomberg: Makron Ukrayna münaqişəsinin gedişinə təsirini şişirdir
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Füzuli şəhərinin dağıdılmış yerlərinə baxıb, şəhərin Baş pla...
25 Aprel
Ağdamda Pənahəli xanın sarayı və İmarət kompleksində görülən işlərlə tanışlıq YENİLƏNƏCƏK ...
25 Aprel
Beynəlxalq konfransın iştirakçıları Ulu Öndərin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər ...
25 Aprel
Azərbaycan və Qırğız Respublikası arasında rəqəmsal transfromasiya istiqamətində əməkdaşlıq müzakirə...
25 Aprel
Həqiqi hərbi xidmətə aprel çağırışı yekunlaşır
25 Aprel
Qərbi Azərbaycan İcması ABŞ Dövlət Departamentinin insan hüquqlarına dair növbəti ölkə hesabatları i...
25 Aprel
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam şəhərində olublar YENİLƏNƏCƏK
25 Aprel
Nazir müavini: Macar şirkətlərin Azərbaycan iqtisadiyyatına sərmayələri 1 milyard dolları ötüb ...
25 Aprel
Azərbaycan ilə Qırğızıstan arasında Anlaşma Memorandumu imzalanıb
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!