05 Mart 2014 01:03
336
PARLAMENT
A- A+

Cinayət və Cinayət - Prosessual məcəllələrinin bəzi maddələri sərtləşdirilir

 

Martın 4-də Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclası keçirildi. Komitə sədri Əli Hüseynli gündəlik barədə məlumat verərək bildirdi ki, iclasda 5 məsələnin müzakirəsi planlaşdırılıb.

Əvvəlcə  komitə  üzvləri Cinayət  və Cinayət-Prosessual məcəllələrin bir  neçə maddəsində dəyişiklikləri müzakirə etdilər. Qeyd olundu ki, hər iki sənədin müvafiq maddələrinə edilən dəyişikliklər terrorizm cəhdləri, terrorçuluğa  açıq  çağırışlar, dini düşmənçilik  və ya dini ayinlərin icrası adı altında  vətəndaşlığı olmayan şəxslərin məzhəbini  yaymaq, silahlı münaqişələrə cəlb etmək, aqressiv dini təriqətlərə qoşularaq silahlı qrup yaratmaq  kimi  qanunsuz  halların qarşısını almaq  üçün nəzərdə tutulan müvafiq  maddələrin sərtləşdirilməsini özündə  ehtiva  edir.

Komitə üzvləri çıxış edərək təklif olunan dəyişikliklərin zəruri olduğunu vurğulayıb sənədlərin əhəmiyyətindən  danışıblar. 

İclasda həmçinin "Qeyri-dövlət mühafizə fəaliyyəti haqqında" və "Məhkəmə və hüquq-mühafizə orqanları işçilərinin dövlət icbari şəxsi sığortası haqqında"  qanun  layihələrinə təklif olunan  texniki  xarakterli  dəyişikliklərə də baxılıb.

Sonra "Dövlət qulluqçularının icbari sığortası haqqında" qanunun ləğv edilməsi barədə sənəd müzakirə edilib. Bildirilib ki, Konstitusiyanın müvafiq   hissəsi rəhbər tutularaq, "İstehsalatda  bədbəxt  hadisələr  və peşə  xəstəlikləri  nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta haqqında" qanun nəzərə alınır və bununla əlaqədar "Dövlət qulluqçularının  icbarı sığortası haqqında" qanun ləğv  edilir.

Sonda qanun layihələri baxılmaq üçün Milli Məclisin plenar iclasına tövsiyə  edilib.

 

Elgün MƏNSİMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video