21 Fevral 2012 02:02
1000
Milli Məclis
A- A+

Cinayət Məcəlləsinə dəyişiklik ediləcək

 

Bu, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlıdır

 

Azərbaycan Respublikası Cinayət Məcəlləsinə hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb olunması ilə bağlı dəyişikliklər ediləcək. Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin dünən keçirilən iclasında dəyişikliklə bağlı layihə müzakirəyə çıxarılıb. Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, layihədə əsasən hüquqi şəxslərə tətbiq olunan sanksiyalar əksini tapıb. Qanun layihəsinin milli qanunvericiliyə implementasiya olunması ilə hüquqi şəxslər artıq cərimə, xüsusi müsadirələr, hüquqi şəxsin əmlakının müsadirə edilməsi və ümumiyyətlə, hüquqi şəxsin ləğvi cəzası məsələləri qaldırılacaq. Komitə sədri vurğulayıb ki, qanunvericiliyə olunan bu dəyişiklik həm də Azərbaycanın qoşulduğu bəzi beynəlxalq konvensiyaların tələbidir və sənəd beynəlxalq institutlar tərəfindən də təsdiqlənib. Bu baxımdan təklif olunan layihə həm əvvəlki öhdəliyimizin icrasına xidmət edir, həm də hüquq siyasətinə yeni konstruksiya gətirir.

Müzakirə zamanı deputat Qüdrət Həsənquliyev hüquqi şəxsin terrorçu qruplaşmanı maliyyələşdirdiyi təqdirdə onun əmlakının bütövlükdə müsadirə olunması təklifi ilə çıxış edib. Deputat Rafael Cəbrayılov isə bunu cinayət elminə fundemantal dəyişiklik adlandırıb. O, eyni zamanda layihəyə digər bir dəyişikliyin əlavə edilməsini də təklif edib. Onun fikrincə, terrorçu qruplaşmasına yardım edən, maliyyələşdirən hüquqi şəxs hər hansı bir vicdanlı şəxsə (ev, təşkilat və. s.) hədiyyə edibsə, həmin adamdan sahib olduğu obyekt alınmalıdı. Əgər vicdanlı şəxs xəbəri olmadan pul ödəyərək həmin obyekti alıbsa, əlindən alınmamalıdı. Bu təklif qəbul edilib.

Milli Məclisin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, hüquqi şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi cinayət doktrinasına dəyişiklik deməkdir. Onun fikrincə, bu dəyişiklik çox mühüm məsələdi və mütləq qanunvericiliyə daxil edilməlidir.  

Sözügedən komitənin digər üzvləri, deputatlar Çingiz Qənizadə, Fəzail Ağamalı çıxış edərək Cinayət Məcəlləsinə dəyişikliyi müsbət qiymətləndirib, parlamentin plenar iclasının müzakirəsinə çıxarılmasının tərəfdarı olduqlarını bildiriblər.

İclasda çıxış edən Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı deyib ki, Azərbaycanda terrorçuluğun maliyyələşməsinə qarşı mübarizə üzrə qanunvericilik bazası kifayət qədər təkmilləşib. Azərbaycan dövləti cinayətkarlıqla mübarizəni özünün pioritet fəaliyyəti hesab edir. Rüfət Aslanlı deputatların irəli sürdükləri təkliflərin nəzərə alınacağını bildirib. Əli Hüseynli isə qeyd edib ki, layihə plenar iclasın gündəliyinə daxil edilənə qədər ictimai dinləmələr də təşkil edilə bilər. Çıxışlardan sonra Cinayət Məcəlləsinə təklif olunan dəyişikliklər və eləcə də "Narkoloji xidmət və nəzarət haqqında" qanuna dəyişikliklər edilməsi barədə" qanun layihəsi,  "Cinyətkarlıqla mübarizə sahəsində məlumat mübadiləsi haqqında" sazişin təsdiq edilməsi, eləcə də "Azərbaycan Respublikası hökuməti ilə Bolqarıstan Respublikası hökuməti arasında məxfi informasiyanın qarşılıqlı mühafizəsi və mübadiləsi haqqında" sazişin təsdiq edilməsi barədə qanun layihələri Milli Məclisin plenar iclasına tövsiyə olunub.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video