20 Oktyabr 2021 13:35
415
SİYASƏT
A- A+

Ceyhun Bayramov: Xorvatiya şirkətləri işğalda azad edilmiş ərazilərdə reallaşdırılan layihələrdə iştirakda maraqlıdır

 

Bu gün keçirilən görüşümüzdə Azərbaycanla Xorvatiya arasında enerji, turizm sahələrində mövcud olan potensial, işğaldan azad edilmiş ərazidə həyata keçirilən layihələrdə Xorvatiya şirkətlərinin iştirakı barədə fikir mübadiləsi apardıq. Onlar bu prosesdə maraqlıdırlar.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ölkəmizdə səfərdə olan Xorvatiyanın xarici və Avropa işləri üzrə naziri Qordan Grliç Radmanla görüşdən sonra keçirilən birgə brifinqdə söyləyib.

Nazir bildirib ki, Azərbaycanla Xorvatiya arasında hazırda qüvvədə olan 25 saziş, protokol var, 7 sənəd isə baxılmaqdadır.

Ölkəmizdə 20 xorvat şirkətinin fəaliyyət göstərdiyini deyən Ceyhun Bayramov əlavə edib ki, turizm sahəsində görüləcək birgə işlərə COVID-19 pandemiyasında sonrakı dövrdə yeni dinamika verilməsi ilə bağlı müzakirələr aparılıb.

Xarici işlər naziri, həmçinin Azərbaycanın beynəlxalq təşkilatlarda Avropa İttifaqı ilə əlaqələrə xüsusi önəm verdiyini vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video