20:49 23 Iyul 2021
ONLINE XƏBƏR LENTİ
Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Ceyhun Bayramov: Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşdırılması şansı yaranıb
ANA SƏHİFƏ / SİYASƏT
23:17 21.06.2021

 

İyunun 21-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və BMT-nin Sivilizasıyalar Alyansının ali nümayəndəsi Migel Angel Moratinos arasında görüş baş tutub.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti İdarəsindən AZƏRTAC-a bildiriblər ki, ali nümayəndəni səmimiyyətlə salamlayan nazir Ceyhun Bayramov Azərbaycan ilə Alyans arasında qarşılıqlı faydalı əməkdaşlığın olduğunu diqqətə çatdırıb. Bu əməkdaşlığın genişləndirilməsində maraqlı olduğumuz bildirilib.

Ali nümayəndənin bölgəyə son səfərindən sonra bir çox dəyişikliyin baş verdiyini nəzərə alaraq, nazir qarşı tərəfə bölgədə mövcud olan cari vəziyyət, ərazilərin genişmiqyaslı dağıntılara məruz qalması, ərazilərin tarixi-mədəni, dini irsinin yerlə-yeksan edilməsi, gündəlik əsasda insan həyatına təhlükə yaradan mina məsələsi, habelə ərazilərin yenidən qurulması üçün görülən işlər barədə danışıb.

İşğal faktorunun aradan qaldırılması ilə iki ölkə arasında münasibətlərin normallaşdırılması şansının yarandığı, bunun əsasında isə beynəlxalq hüququn suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı prinsiplərinə ciddi riayət edilməsinin durduğu qeyd olunub.

Ali nümayəndə Migel Angel Moratinos BMT Baş katibinin əsas siyasi-təhlükəsizlik aləti qismində çıxış edən alyansın fəaliyyət istiqamətləri barədə məlumat verib. O, Azərbaycanın alyansa verdiyi dəstəyin yüksək qiymətləndirildiyini qeyd edib. Alyansın Azərbaycan ilə pandemiya sonrası əməkdaşlıq planlarının geniş olduğu diqqətə çatdırılıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə edilib.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM