09 Dekabr 2011 01:12
479
Təhsil
A- A+

Çexiyanın Hradec Kralove Universitetində azərbaycanlı alimlərlə görüş

 

AMEA İnformasiya Texnologiyaları İnstitutunun (İTİ) Çexiyaya ezam olunmuş əməkdaşları texnika elmləri üzrə fəlsəfə doktorları Fərhad Yusifov və Məhəmməd Şərifov Çexiyanın Hradec Kralove Universitetinin informatika və menecment fakültəsinin dekan müavini, dosent Petra Poulova və İnformatika və hesablama metodları kafedrasının müdiri professor Hana Skalska ilə görüşüblər.

Görüş zamanı planda nəzərdə tutulan işlər və iki qurum arasında İKT sahəsində elmi əməkdaşlıq məsələləri müzakirə olunub. F.Yusifov və M.Şərifov məruzələrlə çıxış edib, fakültə rəhbərliyinə İTİ-nin fəaliyyəti haqqında ətraflı məlumat veriblər. Sonra fakültənin bir sıra kafedralarında görülən tədqiqat işlərilə tanış olub, əməkdaşlarla görüş keçiriblər.

Qeyd edək ki, F.Yusifov və M.Şərifov Çexiyanın Hradec Kralove Universitetinin dəvətilə bir il müddətində ixtisasartırma və təcrübə mübadiləsi aparmaq məqsədilə Çexiyaya ezam olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video