Çətinliklər arxada qalıb...
Bu gün inkişafımız təkcə paytaxtla bitmir, desək, səhv etmərik. Rayonlarımız, kəndlərimiz də yüksəlişdədir. Regionların tərəqqisi respublikamızın simasını gözəlləşdirib. Beləcə, insanların rifah halı da xeyli yaxşılaşıb.
Götürək elə bizim Siyəzəni. Əvvəllər küçələri dağılıb əldən gedən şəhərimizə qonaq dəvət etməyə utanırdıq: suyumuz gəlmirdi, kanalizasiya xətti bərbad vəziyyətdə idi, işıqlar da tez-tez sönürdü...
İndi isə vəziyyət tamamilə fərqlidir. Son on ildə Siyəzən tanınmaz olub - böyüyüb, gözəlləşib. Həyat da rahatlaşıb. Su, qaz, işıq problemi aradan qaldırılıb. Rayonun kəndlərində sosial problemlər ardıcıllıqla bir-bir həll olunur. Bir sözlə, uzun illər bizi narahat edən çətinliklər arxada qalıb: həyatımızdan məmnunuq.
Rayon mərkəzində küçə işıqları quraşdırılıb, yollar yenilənib, ətraf ərazi abadlaşdırılıb. Sakinlərin mədəni istirahəti üçün park və xiyabanlar salınıb, müasir sosial obyektlər istifadəyə verilib. Əlbəttə ki, yeni iş yerlərinin açılmasını da xüsusi qeyd etməliyik. Daha çox iş yerlərinin açılması daha yüksək rifah deməkdir. Görülən işlərə, həyata keçirilməkdə olan sosial layihələrə görə dövlətimizə, zəhmət çəkən hər kəsə öz minnətdarlığımızı bildiririk.
Xumara ABDULLAYEVA,
Siyəzən rayonu
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Gözəlliyi rənglərə köçürən rəssam
25 Aprel
Şuşa xanəndəlik məktəbinin nümayəndələrindən biri - Seyid Şuşinski
25 Aprel
Mədəniyyət beşiyi
25 Aprel
COP29 Azərbaycan üçün böyük fürsətdir
25 Aprel
COP29 ərəfəsində "yaşıl külək"
25 Aprel
"Türkiyə-Azərbaycan birliyi regional təhlükəsizliyin və sabitliyin mühüm meyarıdır"
25 Aprel
Azərbaycan-Çin əlaqələri dostluğa və qarşılıqlı maraqlara söykənir
25 Aprel
Sahibkarlar iqtisadi inkişafın aparıcı qüvvəsidir
25 Aprel
"Delimitasiya Hayastanın xilası olacaq"
25 Aprel
Sahibkarlığın bugünkü inkişafı düşünülmüş dövlət siyasətinin nəticəsidir
25 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!