27 Avqust 2011 07:08
544
İQTİSADİYYAT
A- A+

Cəlilabadda süfrə üzümü yığılır

 

Ələt-Astara magistral şose yolu ilə Cəlilabad rayonu ərazisinə girərkən buranın torpağının bərəkətli, insanlarının əməksevər olduğunun bir daha şahidinə çevrilirsən.

İlin bütün fəsillərində sahələrdə qızğın iş gedir. Payızda, qışda, yazda yer şumlanır, taxıl, kartof, tənək və digər bitkilərin əkini, becərilməsi aparılır, vaxt gələndə isə yetişmiş məhsul yığılır - il boyu sahələrdə iş gedir. Torpaq mülkiyyətçiləri, fermerlər daha çox qazanc əldə etmək üçün yorulmaq bilmədən çalışırlar. Artıq taxıl biçini, kartof yığımı başa çatmışdır. Süfrə üzümü tədarükünə təzəcə başlanılıb. Qeyd edək ki, rayonda üzümçülüyün inkişafı üçün münbit şərait var: məhsuldar torpaq, bol günəş, kifayət qədər işçi qüvvəsi və öz işini yaxşı bilən mütəxəssislər. Bu cəhətlər xarici ölkələrdən, xüsusilə, Fransadan buraya gələn şərabçıların diqqətini çəkmişdir. Onların və yerli üzüm və şərab istehsalçılarının təşəbbüsü ilə bir neçə il bundan əvvəl rayona yüksək keyfiyyətli "Türkiyə sultanı", "Kişmişi", "Prima", "Dallas", "Ora", "Otan röyal" süfrə, "Kaberne-Sovinyon", "Sira", "Şordone", "Merlo", "Kaberne-Frank" şərab üzümü sortlarının tingləri gətirilmişdir. Bağlar nəzərdə tutulduğundan da xeyli əvvəl bara düşmüşdür. Şərab istehsalı üçün rayonun Qarazəncir kəndində dünya standartlarına cavab verən zavod tikilib. Fransadan, Türkiyədən və digər ölkələrdən gətirilən müasir avadanlıqlar vasitəsilə indi burada yüksək keyfiyyətli şərab hazırlanır.

Üzümçülük gəlirli sahədir. İstehsal xərclərini çıxandan sonra ildə hər hektar 4-5 min manat xalis gəlir gətirir. Çoxillik olmaqla yanaşı, tənəklər estetik baxımdan da göz oxşayır. Yamyaşıl plantasiyalara, qara və kəhrəba rəngli gilələrə, dolu salxımlara baxdıqca gözə-könülə dinclik gəlir. Üzümçülük insanların məşğulluğu üçün də əlverişlidir. Üzüm bağlarında il boyu iş var. Bir hektarı becərməkdən ötrü 8 nəfər işçi qüvvəsi tələb olunur. Buna görədir ki, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında rayonda üzümçülüyün inkişafı nəzərdə tutulmuşdur və bu sahədə tədbirlər ardıcıllıqla həyata keçirilməkdədir. Hazırda Cəlilabadda 1200 hektar üzümlük var. Həmin bağların 800 hektarı məhsuldardır. 2010-cu ildə rayonda 4 min 620 ton üzüm istehsal olunmuşdur.

Bu il üzümçülər üçün əlverişli olub. Gül dövründə havaların yaxşı keçməsi, habelə nümunəvi qulluq nəticəsində bağlarda bol məhsul yetişib. Dolu salxımlar üzə gülür. Hələlik sahələrdən süfrə üzümü yığılır. Salxımlar səliqə ilə plastik və taxta yeşiklərə qablaşdırılıb paytaxt Bakıya və ölkənin digər böyük şəhərlərinə yola salınır. Bir neçə gündən sonra şərab istehsalı üçün texniki sortların yığımına başlanılacaq.

 

Seyran CAVADOV,

Ağaəli MƏMMƏDOV (foto),

"Azərbaycan"

 

 

 

 

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video