01 Aprel 2012 12:04
728
Oxucu məktubları
A- A+

Çəkişməsən, bərkiməzsən

 

Ötən il arzusunda olduğum ali məktəbə daxil ola bilmədimsə də, indi Ağcabədi Pedaqoji Kollecində oxumağımdan peşman deyiləm. Bura gözəl tədris mərkəzidir, üstəlik, yaxşı müəllimlərim və səmimi rəfiqələrim var.

Tamara, Türkan və Məxmər ən yaxın dostlarımdır. Məxmər Göyüşzadə barədə ayrıca danışmaq istəyirəm. O,1994-cü ildə Beyləqanda anadan olub.  Vilayət Cəfərov adına Milabad kənd orta məktəbini bitirib, 2011-ci ildə 267 balla bu kollecə daxil olub. Onu qrup nümayəndəsi seçmişik. Məxmər çox yaxşı təşkilatçılıq qabilyyətinə malikdir. Kollecdə keçirilən tədbirlərdə həmişə bizi öz ətrafına yığır, daha fəal olmağa ruhlandırır. Özü də əlaçıdır, nümunəvi davranışına görə müəllimlərimizin də rəğbətini qazanıb.

O, hazırcavab, mehriban, gülərüz və şən olduğu qədər də təəssübkeşdir. Məxmər ən çətin məqamda dostunun yanında olan, ona dəstək verən etibarlı yoldaşdır.

Müəllimlərini çox sevir və hamı ilə ünsiyyətdə mehribandır.

Tələbəliyin sevinci də olur, kədəri də. Lakin ən vacibi odur ki, biz bilik alır, mütəxəssis kimi yetişirik. Tələbəlik illəri  bizi sınağa çəkir, dostluğumuzu möhkəmləndirir.

 

Nərmin BAXIŞOVA,

Ağcabədi Pedaqoji kollecinin tələbəsi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video