14 Mart 2014 03:03
391
Səhiyyə
A- A+

Cəbrayıldan olan 15 min məcburi köçkün tibbi müayinədən keçmişdir

Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən respublikamızın hər yerində olduğu kimi, Biləsuvar rayonunda məskunlaşmış Cəbrayıldan olan məcburi köçkünlərin tibbi müayinəsi də uğurla davam edir.

AzərTAc xəbər verir ki, rayon sakinlərinin kütləvi müayinədən keçirilməsi üçün qəsəbələrdəki tibb ocaqlarında hər cür şərait vardır. Terapevt, ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan olan peşəkar həkim briqadaları tərəfindən kompyuter tomoqrafiyası, ultrasəs müayinəsi, exokardioqrafiya, qastroskopiya və digər müayinələr aparılır.
Bu məqsədlə yaradılmış komissiyanın sədri, rayon icra hakimiyyəti başçısının müavini Fəridə İbayeva AzərTAc-a bildirmişdir ki, humanitar aksiya çərçivəsində 1 saylı şəhər xəstəxanası ilə yanaşı, qəsəbələrdə yerləşən həkim məntəqələri də gücləndirilmiş iş rejimində çalışır. Yüksək ixtisaslı mütəxəssislərdən ibarət 3 həkim briqadası tərəfindən aksiya başlanandan bu günədək 15009 nəfər tibbi müayinədən keçirilmişdir. Xəstəlik aşkar olunan sakinlər ambulator və stasionar müalicəyə cəlb edilmiş, yerli şəraitdə müalicəsi mümkün olmayan xəstələr isə Bakı şəhərinə göndərilmişdir.
Tibbi müayinədən keçmiş 3 saylı qəsəbənin sakini Kamilxan Rüstəmova AzərTAc-a müsahibəsində xəstəxanalarda yaradılan şəraitdən, müayinənin təşkilindən razılığını ifadə edərək demişdir: “Həkimlər məni hərtərəfli yoxladılar. İndi səhhətim sarıdan tam arxayınam. Ölkə vətəndaşlarının sağlamlığına göstərdiyi bu diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə, eləcə də həkimlərə hədsiz minnətdarıq”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video