13 Mart 2012 02:03
412
Mədəniyyət
A- A+

«Buranovskiye babuşki» qrupu «YouTube» kanalında liderlər sırasındadır

 

"Eurovision-2012" mahnı müsabiqəsinin ən maraqlı iştirakçılarından olan Rusiyanın  "Buranovskiye babuşki" qrupu tamaşaçıların qəlbini fəth etməkdə davam edir.

AzərTAc eurovision.az saytına istinadla xəbər verir ki, "Party for Everybody" mahnısı ilə böyük "Eurovision" səhnəsinə üz tutan nənələrin martın 7-də "YouTube"da yerləşdirilmiş videosunu izləyənlərin sayı 2 milyona çatmışdır. Video "Ən çox baxılanlar" siyahısında 5-ci yerdə qərarlaşmışdır.

Lakin onların şöhrəti bununla bitmir. Rusiyalı nənələr Çin, Böyük Britaniya, Rumıniya, Almaniya, Macarıstan, Albaniya, İtaliya, Türkiyə və digər ölkələrin medialarının diqqət mərkəzindədir. Nataliya Puqaçova, Yekaterina Şklyayeva, Valentina Pyatçenko, Qalina Koneva, Granya Baysarova və Olqa Tuktaryovadan ibarət nənələrin səhnə hekayəsi dildən-dilə gəzir.

Maraqlıdır ki, ən gəncinin 43, ən yaşlısının isə 76 yaşı olan qrupun üzvləri şöhrətə can atmadıqlarını bildirirlər. Onların  sadəcə bir arzusu var: qazandıqları pulla kəndlərindəki köhnə kilsəni təmir etdirmək.

"Buranovskiye babuşki" qrupu mayın 22-də "Baku Crystal Hall"ın səhnəsində "Party for Everybody" mahnısı ilə birinci yarımfinalda çıxış edəcəkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video