11 Iyun 2019 01:48
1940
SİYASƏT
A- A+

BU YOL BİZİM YOLUMUZDUR!


BU YOL BİZİM YOLUMUZDUR!

Bu yol Heydər Əliyev yoludur!

Bu yol azadlıq, müstəqillik və demokratiya yoludur!

Bu yol Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqının inam, əminlik və qətiyyətlə getdiyi yoldur!

Bu yol xalqımızı daim öz arzu və istəklərinə qovuşduran yoldur!

***

BU YOL BİZİM YOLUMUZDUR!

Özümüzün seçdiyimiz, amala çevirdiyimiz yoldur!

Bir dəfə - 101 il bundan öncə 23 ay davam edən bu yolu yarıda qırdılar!

Amma indi bu yol daha geniş, daha etibarlı, daha sürətlidir!

Doğrudur, yenə də bizə aşkar-gizlin mane olmaq istəyən düşmənlərimiz, bədxahlarımız, sapı özümüzdən olan baltalarımız var!

Onlar dayanmadan, yorulmadan bizə qarşı mübarizə aparırlar: mənfur niyyətləri ilə, şər-şəbədələri ilə, qarayaxmaları ilə, siyasi mübarizəyə, insanlığa, kişiliyə sığmayan "üsulları” ilə!

Prezidentimiz onların mənfur simalarını dəqiq göstərir: "Bu gün dünyada informasiya müharibəsi aparılır və hər bir vətəndaş bunu açıq-aydın görə bilir. Azərbaycan uzun illərdir ki, informasiya müharibəsinin hədəfində dayanan ölkədir. Ölkə haqqında təhrif edilmiş, yalan məlumatlar, uydurma faktlar, saxta xəbərlər geniş vüsət alıb. Biz buna adekvat cavab verməliyik, öz həqiqətlərimizi dünyaya çatdırmalıyıq. Bizə qarşı hücumların əksəriyyətinin arxasında erməni lobbisi və onlarla müttəfiq olan bəzi yerli, özünü müxalifət adlandıran qruplaşmalar durur. Onların hədəfi Azərbaycanı ləkələməkdir, Azərbaycan haqqında təhrif edilmiş yalan məlumatlar yaymaqdır. Bu, informasiya müharibəsinin bir növüdür. Biz öz siyasətimizlə bütün bu yalanları, bütün bu böhtanları darmadağın edirik və etməliyik”.

Xalq öz rəhbərinin ətrafındadır!

Xalq onu arzu və istəyinə çatdıran iqtidarın yanındadır!

Xalq bugünkü sabitliyin də, inkişafın da, əmin-amanlığın da, yüksələn sosial rifahın da qədrini yaxşı bilir!

Daha onu aldatmaq və çaşdırmaq mümkün deyil!

Artıq 343 aydır sınaqlardan çıxaraq, maneələri dəf edərək şərəfli bir yol gəlirik!

Bu, qurbanlar verdiyimiz, məhrumiyyətlərə dözdüyümüz, inadla davam etdiyimiz yoldur!

Bu, həm də hamımızın, Azərbaycanı sevənlərin yoludur!

***

BU YOL BİZİM YOLUMUZDUR!

Cəmi 101 ildir yol gedirik!

Amma ortada 101-in 71-ni bizdən qoparıb aldılar!

Müstəqilliyin ikinci dövründə, xüsusən son 16 ildə isə elə bir sürət götürdük ki, elə möhtəşəm layihələrə həyat vəsiqəsi verdik ki, əslində bir neçə yüz ilin işini görmüş sayıldıq!

Çünki bu yolun mayakı Heydər Əliyevdir!

Çünki bu yolun bayraqdarı İlham Əliyevdir!

Bu gün dünya bizə heyrandır!

Bu gün dostlarımızın, bizi sevənlərin fəxriyik!

Düşmənlərimizin, bədxahlarımızın, ayağımızdan çəkməyə çalışanların isə başlarına düşən nəhəng dəyirman daşıyıq!

***

BİZ ÖZ YOLUMUZLA GEDİRİK!

Bu yol inkişaf və tərəqqi yoludur!

Bu inkişafı, bu yüksəlişi beynəlxalq qurum və təşkilatların hər il açıqladıqları hesabatlar da təsdiq edir!

Bu inkişafı beynəlxalq reytinq agentliklərinin tərtib etdikləri siyahıların önündə tutduğumuz yerlər də əks etdirir!

Rəqəmlər və faktlar isə əyani şəkildə göstərir!

SON 15 İLDƏ:

* ümumi daxili məhsul 3,3 dəfə;

* qeyri-neft sektoru 2,8 dəfə;

* sənaye potensialı 2,6 dəfə;

* kənd təsərrüfatı 1,7 dəfə;

* valyuta ehtiyatlarımız isə 24 dəfə ARTIB!

HƏLƏ BU HARASIDIR:

* ölkə iqtisadiyyatına 260 milyard dollar sərmayə qoyulub;

* dörd böyük su anbarı tikilib;

* 100 mindən çox müəssisə yaradılıb;

* 15 min kilometr avtomobil yolu çəkilib;

* 31 yeni elektrik stansiyası inşa olunub;

* 17 aqropark fəaliyyətə başlayıb;

* orbitə 3 peykimiz çıxarılıb!

Bütün bunlar edilənlərin hamısı olmasa da, görülən işlərin həcmi barədə müəyyən təsəvvür yaradır!

***

BİZ ÖZ YOLUMUZLA GEDİRİK!

Bu yol dünyaya inteqrasiya, Azərbaycanın maraqlarını təmin etmək, bərabərhüquqlu, hər tərəfə fayda gətirən əməkdaşlıq qurmaq, ölkəmizin adını və imicini yüksəltmək yoludur!

AZƏRBAYCAN ÖZ TƏŞƏBBÜSÜ VƏ GÜCÜ İLƏ:

* Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəmərini;

* Bakı-Tbilisi-Ərzurum qaz kəmərini;

* Bakı-Tbilisi-Qars dəmir yolu xəttini ÇƏKİB:

* Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizlərini yaradıb;

* Azərbaycanın sərmayəsi ilə Türkiyədə "Star” zavodu inşa olunub;

* Bakıdakı Ələt yeni ticarət limanı beynəlxalq logistika mərkəzinə çevrilib.

Azərbaycan bu gün Cənubi Qafqazın ən güclü və modern dövlətidir!

Azərbaycanda Cənubi Qafqazın iqtisadiyyatının 75 faizindən çoxu cəmlənib!

Azərbaycanın iştirakı və razılığı olmadan Cənubi Qafqazda heç bir layihə reallaşa bilmir!

Budur bizim gücümüz, qüdrətimiz!

Budur bizim imkanlarımız, əməlimiz!

***

BİZ ÖZ YOLUMUZLA GEDİRİK:

Bu yol dünyada tanınmaq, söz sahibi olmaq, nüfuz sahibinə çevrilmək yoludur!

* Müstəqil Azərbaycan BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, Prezident İlham Əliyev bu mötəbər qurumun iclaslarına sədrlik etdi;

* Azərbaycan uzun illərdir Avropa Şurasının üzvüdür;

* Avropa İttifaqı ilə yeni əməkdaşlıq müqaviləsi imzalanmaq mərhələsindədir;

* Ölkəmiz BMT-dən sonra ikinci böyük təşkilat sayılan Qoşulmama Hərəkatına rəhbərliyə başlayıb;

* Multikulturalizm modelimiz dünya tərəfindən öyrənilir, təqdir edilir;

* I Avropa və IV İslam Həmrəyliyi Oyunlarını, habelə futbol üzrə Avropa liqasının final görüşünü uğurla keçirmişik;

* Qloballaşan dünyanın problemlərinin dünyanın tanınmış siyasi liderləri ilə birlikdə müzakirə olunduğu məkan imicini qazanmışıq!

Azərbaycan özü gənc olsa da, dünyaya maraqlı və ağıllı təkliflər verməyi, problemlərdən düzgün çıxış yollarını göstərməyi bacarır!

Azərbaycan öz nümunəsi və müxtəlif modelləri ilə dünyanı gözlənilən təhlükələrdən xilasının ağıllı variantlarını təqdim edə bilir!

***

BİZ ÖZ YOLUMUZLA GEDİRİK!

Bu yol xalqa ürəklə, vicdanla xidmət etmək yoludur!

Bu yol daim xalqın yanında olmaq, onun çətinlik və problemlərini həll etmək yoludur!

Bu yol xalqla iqtidarın birliyini, vəhdətini təmin etmək yoludur!

Bu yol xalqın istəklərini gerçəkləşdirmək, sosial rifahını yüksəltmək yoludur!

BAXIN SON 15 İLDƏ:

* 2 milyondan çox yeni iş yeri açılıb;

* işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib;

* maaşlar 7, pensiyalar 9 dəfə artıb;

* 3 min 200-dən çox məktəb əsaslı təmir edilib və ya yenidən qurulub;

* 640 tibb müəssisəsi tikilib və yenidən qurulub;

* 44 olimpiya mərkəzi inşa olunub;

* 6654 şəhid ailəsinə, Qarabağ müharibəsi əlillərinə mənzil verilib;

* müharibə əlillərinə 7 min minik avtomobili təqdim edilib;

* qaçqın və məcburi köçkünlərə 103 şəhərcik və ya yaşayış kompleksi tikilərək təhvil verilib;

* sonuncu sosial paketin icrasından 3 milyondan çox ölkə vətəndaşı bəhrələnib;

* dövlət vətəndaşların banklara kredit borcu ilə bağlı problemlərin həllinin ən uğurlu formasını taparaq ağırlığın bir hissəsini öz üzərinə götürüb;

* çoxmənzilli binaların sənədləşdirilməsilə bağlı qətiyyətli addımlar atılıb;

* 38 şəhərin içməli su məsələsi tam şəkildə həllini tapıb;

* Şamaxı, Ağsu və İsmayıllı rayonlarında zəlzələdən zərər çəkmişlərə yeni evlər və mənzillər tikilib verilib və ya təmir edilib.

Görülən işlərin hamısını sadalamaq imkan xaricindədir!

Görünən odur ki, iqtidarın atdığı bütün addımlar vətəndaş məmnunluğunu təmin edir!

Bütün bunlara görə xalq iqtidarı sevir və dəstəkləyir!

***

BİZ ÖZ YOLUMUZLA GEDİRİK!

Bu yol ölkəmizin ərazi bütövlüyünün bərpası, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli yoludur!

Ali Baş Komandan İlham Əliyevin bəyan etdiyi prinsiplər daim qüvvədədir:

* Azərbaycan bir qarış ərazisini belə heç kəsə güzəştə getməyəcəkdir!

* Azərbaycan öz ərazisində ikinci erməni dövləti yaranmasına heç zaman yol verməyəcəkdir!

* Azərbaycan problemin sülh danışıqları yolu ilə həllinə daim sadiqdir, substansiv danışıqların tərəfdarıdır!

* Azərbaycan ən müasir silahlarla silahlanmış, dünyanın 50 güclü ordusu sırasına daxil edilmiş qüdrətli orduya sahibdir!

Aprel müharibəsi bunu bir daha əyani şəkildə göstərdi:

* Lələtəpə yüksəkliyi ilə bərabər 2 min hektara nəzarət imkanı geriyə qaytarıldı!

* Cocuq Mərcanlı yenidən tikilib quruldu, məskunlaşdırıldı, ziyarət məkanına çevrildi!

* Naxçıvanda Günnüt əməliyyatı nəticəsində 11 min hektardan çox strateji ərazi Azərbaycan ordusunun əlinə keçdi!

* Ötən il Bakıda Türkiyə silahlı qüvvələri ilə bərabər 2 möhtəşəm hərbi parad keçirildi!

Artıq Azərbaycan bütün sahələrdə - iqtisadiyyat, siyasət, diplomatiya, hərbi sahədə, habelə dünyada artan nüfuzu ilə Ermənistandan qat-qat yüksəkdədir!

Biz öz yolumuzla gedərək bu dəyişikliyə, üstünlüyə nail olmuşuq!

***

BİZ ÖZ YOLUMUZLA GEDİRİK!

Prezident İlham Əliyevin dediyi kimi: "Biz müstəqillik yolu ilə gedirik. Bizim öz seçimimiz var. Biz güclü dövlət qururuq!”

Kimsə bizi bu yoldan döndərə bilməz!

Bu yol xalqa rahatlıq, əmin-amanlıq, sabitlik və rifah gətirən yoldur!

Bu yol Azərbaycanın müstəqilliyini sevən hər bir vətənpərvər insanın sevdiyi və xidmət etdiyi yoldur!

Bu yol İlham Əliyevin müəyyən etdiyi və xalqı seçdiyi hədəfə çatdıran yoldur!

Bu yol hər birimizin və hamımızın yoludur!

Bu yol öz yolumuz, özümüzün yoludur!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video