07 Fevral 2021 00:20
1109
Səhiyyə
A- A+

Bu qidalar virusla savaşır

 

Koronavirus pandemiyası dövründə insanları düşündürən bir məsələ də orqanizmdə müqaviməti artırmaq, viruslardan qorunmaq üçün hansı qidaların qəbul olunması ilə bağlıdır. Türkiyəli uzman dietoloq Elif Erkin koronavirus da daxil olmaqla, bütün respirator virus infeksiyalarından, soyuqdəymə, zökəm kimi xəstəliklərdən qorunmaq üçün bu qidaları qəbul etməyi tövsiyə edib:

Portağal, qreyfurt, limon, narıngi - C vitamini deposu olaraq qəbul olunan bu meyvələrin suyunu deyil, özünü yemək lazımdır. Bunlar immun sisteminin güclənməsi üçün ən faydalı qidalar sayılır.

Nar - immun sisiteminin ən yaxşı dostlarından biridir. Suyunu içmək yerinə orta büyüklükdə olan narı yemək həm qripdən qoruyur, həm də həzmi yaxşılaşdırır.

Yaşıl yarpaqlı göyərtilər - cəfəri, vəzəri, ispanaq həm B kompleks vitaminləri, həm də C və E vitaminləri ilə zəngindir. İmmun sisteminin güclü olması üşün  onlardan istifadə məsləhətlidir.

Göbələk - qripə qarşı “Beta-glücan” adlı maddə ifraz edir, immunitetin qrip virusunu tanımasını və onu yox etmək üçün hərəkətə keçməsini təmin edir.

Turp - viruslardan qoruyan ən faydalı qidalardan biridir, süfrədən əskik etməmək lazımdır.

Kivi - C vitamini ilə ən zəngin olan meyvələrdən biri, virusa qarşı güclü qoruyucudur.

Dietoloq daha sonra orqanimzi viruslardan qoruyan qidalar sırasında balıqlar, qatıq, kefir, qoz, badam, fındıq və yumurtanın vacib olduğunu vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video