11 Noyabr 2011 01:11
216
İQTİSADİYYAT
A- A+

Bu il Qax rayonuna gələn turistlərin sayı 10 min nəfəri ötüb

 

Prezidentin sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı"ndan irəli gələn vəzifələrin icrası istiqamətində həyata keçirilən tədbirlər, habelə 2011-ci ilin ölkəmizdə "Turizm ili" elan olunması Qax rayonunda bu sahənin inkişafını daha da sürətləndirmiş, rayonun turizm potensialının genişləndirilməsi üçün yeni imkanlar açmışdır.

Təsadüfi deyil ki, bu ilin ötən 9 ayı ərzində rayona gələn turistlərin sayı 10 min nəfərə çatmışdır. İki il əvvəl isə bu göstərici il ərzində 4 min nəfər təşkil edirdi. Rayon mədəniyyət və turizm şöbəsindən AzərTAc-a bildirmişlər ki, hazırda rayonun dağlıq ərazilərindəki mövcud turizm obyektlərində əlavə tikinti işləri aparılır, eyni zamanda, yeni turizm obyektlərinin yaradılması istiqamətində iş davam etdirilir. Qaxbaş kəndi ərazisində "El Resort" turizm obyektinin tikintisi artıq başa çatdırılmışdır və kompleks tezliklə istifadəyə veriləcəkdir. Bundan əlavə, cari ildə İlisu kəndindəki "Ulu dağ" istirahət kompleksində 2 yeni kottec tikilmiş, "Səngər qala" istirahət kompleksində 4 mərtəbəli mehmanxana binasının tikintisi davam etdirilmiş, Ağçay kəndi ərazisində tikintisi yarımçıq qalmış üçmərtəbəli hotel binasında işlərə yenidən başlanılmışdır. Bu obyektlərin istifadəyə verilməsi rayona gələn turistlərin sayının daha da artmasına imkan verəcəkdir.

 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video