03 Oktyabr 2021 00:24
1078
İQTİSADİYYAT
A- A+

Bu il Gəncə və Göygöldə həssas əhali qruplarına aid olan 700-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi qazi və şəhid ailələri üçün yaradılan kiçik təsərrüfatlarla əyani tanışlıq üçün mediatur təşkil edib. Jurnalistlər Gəncə şəhərində və Göygöl rayonunda yaradılan kiçik təsərrüfatlarla tanış olublar. Onlara 44 günlük Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinin, qazilərimizin sosial dəstəklə təminatı tədbirləri barədə məlumat verilib.

Mediatur zamanı 30 minədək şəxsi əhatə edən bu tədbirlər çərçivəsində şəhid ailəsi üzvləri və qazilərin məşğulluq məsələlərinin həllinin sürətlə aparıldığı bildirilib. Qeyd olunub ki, postmüharibə dövründə bu kateqoriyalardan ibarət 5320 nəfər üçün özünüməşğulluq proqramı çərçivəsində kiçik biznes sahələri yaradılıb. 2000-dək şəxs münasib işlərlə təmin edilib. Şəhid ailəsi üzvləri və müharibədə yaralanmış qazilərin məşğulluğuna dəstək məqsədilə bu il iyunun 10-dan başlanan “Məşğulluq marafonu”na indiyədək 527 işəgötürən qoşularaq 2747 vakansiya təqdim edib, həmin vakansiyalar üzrə artıq 801 şəhid ailəsi üzvü və qazi işlə təmin olunub.

Gəncə şəhərində və Göygöl rayonunda da bu kateqoriyadan olan şəxslər üçün dəstək işləri geniş vüsət alıb. Media nümayəndələri əvvəlcə şəhid Samir Abdullayevin atası İlham Abdullayev üçün yaradılmış təsərrüfatla tanış olublar. O, postmüharibə dövründə özünüməşğulluq proqramına cəlb olunaraq proqramın dəstəyi ilə dəmirçilik fəaliyyəti üzrə avadanlıqlarla təmin olunaraq istehsal sahəsini qurub.

Şəhid Elvin Məmmədzadənin atası İlham Məmmədzadə isə proqram vasitəsilə arıçılıq sahəsində öz təsərrüfatını yaradıb. Bunun üçün proqram çərçivəsində bütün aktivlərlə təmin olunan İ.Məmmədzadə dövlətin dəstəyi ilə qurduğu işini gələcəkdə daha da inkişaf etdirmək niyyətindədir.

Vətən müharibəsi qazisi Samir Hüseynovun atası üçün yaradılan kiçik bizneslə də tanışlıq olub. S.Hüseynov bu dəstəyin onlar üçün sahibkarlığa çıxış üçün yaxşı imkan olduğunu qeyd edib.

Proqram iştirakçıları şəhid ailələri və qazilərə göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər. Onlar kiçik ailə təsərrüfatlarını gələcəkdə genişləndirmək üçün səylə çalışacaqlarını vurğulayıblar.

Gəncə və Göygöl şəhəri üzrə bu il həssas əhali qruplarına aid 700-dən çox şəxs özünüməşğulluq proqramına cəlb edilib. 

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video