07:42 23 Sentyabr 2021
ONLINE XƏBƏR LENTİ
00:35 23.09.2021

Yolumuz Qarabağadır!


00:33 23.09.2021

Əbədiyaşar aktyor


Tarix Muzeyi: Azərbaycanda neft sənayesi fotolarda
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bu günün şagirdləri, sabahın əsgərləri

ANA SƏHİFƏ / CƏMİYYƏT
00:37 15.09.2021

 

Son illər aqrar sektorun inkişafında möhtəşəm nailiyyətlər qazanan Ağcabədi rayonunda təhsilin yüksəlişinə xüsusi önəm verilir. Dövlətin davamlı qayğısı ilə rayonda məktəblərin maddi-texniki bazası ildən-ilə daha da gücləndirilir.

Bütün bunlarla yanaşı, ölkədə təhsilin və mədəniyyətin böyük hamisi kimi diqqətəlayiq layihələri ilə şöhrət qazanan Heydər  Əliyev Fondunun qayğısından Ağcabədiyə də sanballı pay düşür. Dövlətin proqramları və “Yeniləşən Azərbaycana yeni məktəb” devizi  altında Heydər Əliyev Fondunun xətti ilə son 17 ildə rayonda 13.956 şagird yerlik 47 yeni məktəb binası tikilmiş, 6.188 şagird yerlik 16 məktəb əsaslı təmir edilmiş, 425 şagird yerlik 22 əlavə sinif otağı tikilib istifadəyə verilmişdir. Artıq yeni dərs ilinin başlanmasına bir neçə gün qalır. Ölkəmizin hər yerində olduğu kimi, Ağcabədidə də bu əlamətdar hadisəyə ciddi hazırlıq işləri  görülmüşdür. Pandemiya dövrü ilə bağlı müəyyən məhdudiyyətlər tətbiq olunsa da, müxtəlif çətinliklər yaransa da, qarşıya qoyulan məqsədə doğru inamlı addımlar atılmış, nəzərdə tutulan tədbirlər uğurla həyata keçirilmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xətti ilə T.Əliyev adına Xocavənd kənd 2 nömrəli tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın tikintisi artıq başa çatdırılmışdır. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 4 iyun 2020-ci il tarixli sərəncamı ilə  inşa olunmuş M.Uluxanov adına Sarıcalı kənd tam orta məktəbi yeni dərs ilində qapılarını şagird və müəllimlərin üzünə açacaqdır. Rayonun Poladlı kənd tam orta məktəbi üçün  320 şagird yerlik yeni məktəb binası və Sarvanlar kənd ümumi orta məktəbi üçün 100 şagird yerlik modul tipli yeni bina, Hacıbədəlli, Hüsülü və Kəhrizli kənd tam orta məktəblərinin əsaslı təmiri dövlət proqramına salınmışdır.

Rayonda təhsilin inkişafını müəyyən edən əsas meyarlardan biri məzunların ali məktəblərə qəbuludur. Bu baxımdan Ağcabədidə 2020-2021-ci tədris ilinin nəticələrini uğurlu saymaq olar. Bu il ali məktəblərə rayondan 661 nəfər sənəd vermişdir. Onlardan 634 nəfəri builki, 27 nəfəri isə əvvəlki illərin məzunlarıdır. Çətin imtahan sınağından uğurla çıxan 500 nəfər  məzunun 22 nəfəri 600-700, 49 nəfəri isə 500-600 arası bal toplamışdır.

Ağcabədi Rayon Təhsil Şöbəsinin müdiri İsmayıl Həsənov söhbətində dedi ki, cari tədris ilinin yekunları ilə bağlı  qazanılan nəticələr nə qədər sevindirici olsa da, qətiyyən arxayınçılıq yaratmır. Dövlətin təhsilin inkişafına yönəlik davamlı qayğısı məsuliyyətimizi daha da artırır. Çox zaman fəaliyyətimizə məzunların ali məktəblərə qəbul əmsalı ilə qiymət verilsə də, biz əsas hədəf olaraq əsl vətənpərvər, xalqını, torpağını canından artıq  sevən, dövlətə bağlı olan yeni nəsil yetişdirməyi nəzərdə tuturuq.

Parlaq qələbəmizlə başa çatan 44 günlük Vətən müharibəsində ağcabədili gənclərin göstərdikləri şücaət çəkdiyimiz zəhmətin hədər getmədiyini göstərdi. Bu gün parta arxasında əyləşən şagirdlər sabah dövlətimizin ərazi bütövlüyünü qoruyan əsgərlərdir. Biz onların intellektual səviyyəsini yüksəltməklə yanaşı, vətənə sonsuz məhəbbət ruhunda tərbiyələrinə xüsusi önəm veririk.

 

Lazım QULİYEV,

“Azərbaycan”

 



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM