05 Sentyabr 2021 19:00
540
CƏMİYYƏT
A- A+

Bu günədək 180-dən çox Şuşa sakini 29 illik ayrılıqdan sonra doğma şəhərini görmək imkanı qazanıb  

Bu gün daha 80 nəfər Şuşa sakini doğma şəhərə səfər edib.

AZƏRTAC xəbər verir ki, Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin birgə təşkil etdiyi səfərdə, ilk olaraq yaşlı nəslin nümayəndələri, Qarabağ qaziləri, şəhərin ziyalıları iştirak ediblər.

Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov Şuşalıları salamlayaraq bildirib ki, ölkənin “mədəniyyət paytaxtı” adını daşıyan şəhərdə yenidənqurma və bərpa işləri tam sürətlə davam edir. Şəhərin baş planına uyğun olaraq yeni məhəllələr salınır, şəhərin həyat əhəmiyyətli infrastrukturu tam yenilənir, tarixi abidələri bərpa edilir. Eyni zamanda, XXI əsrin standartlarına cavab verən müasir və ekoloji təmiz şəhərsalma yanaşması tətbiq olunur.

Şuşalıların diqqətinə çatdırılıb ki, şəhər sakinlərinin belə səfərləri mütəmadi təşkil olunacaq.

Sonra sakinlər Cıdır düzü, Molla Pənah Vaqifin muzey-məqbərə kompleksi, Qala divarları, Gəncə qapısı, Yuxarı Gövhər Ağa məscidini ziyarət ediblər. Səfər zamanı sakinlər öz evlərini də ziyarət etmək imkanı qazanıblar.

Xatırladaq ki, şuşalıların ilk səfəri avqustun 19-da baş tutub və bu günədək artıq 180-dən çox Şuşa sakini 29 illik ayrılıqdan sonra öz doğma şəhərini görmək imkanı qazanıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video