02 Oktyabr 2021 10:18
1089
İQTİSADİYYAT
A- A+

Bu gündən etibarən metro və avtobuslar hər həftəsonu fəaliyyət göstərəcək

 

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq oktyabrın 1-dən həftəsonu ictimai nəqliyyatın fəaliyyətinə qoyulan qadağanın ləğv edilməsi ilə müntəzəm marşrut xətləri üzrə avtobuslar və Bakı metrosu şənbə və bazar günləri adi rejimdə fəaliyyət göstərəcək.

AZƏRTAC xəbər ki, Bakı metrosu həftə sonları adi rejimdə fəaliyyət göstərəcək. Qatarların hərəkət cədvəli, 2019-cu ilin eyni dövrünün qrafikinə uyğun tərtib olunub. Bu səbəbdən qatarlararası interval “Qırmızı xətt”in “28 May” - “Həzi Aslanov” sahəsində 2 dəqiqə 30 saniyə təşkil edəcək. “Yaşıl xətt” və “Qırmızı xətt”lərin kəsişərək birləşdiyi müştərək sahəsi olan “28 May” stansiyasından sonra “İçərişəhər” və “Dərnəgül” stansiyalarına və əks istiqamətdə qatarlar arasında interval 5 dəqiqəyə bərabər olacaq. “Bənövşəyi xətt”də isə qatarların hərəkət cədvəlində dəyişiklik edilməyəcək.

Bakı Nəqliyyat Agentliyi də öz növbəsində Bakı şəhərində müntəzəm sərnişindaşımalarla məşğul olan şirkətlərə qərarın icrası ilə bağlı tapşırıqlar verib. Bildirilib ki, marşrutların şənbə-bazar günləri də fəaliyyətinin təmin edilməsi məqsədilə zəruri tədbirlər görsünlər. Eyni zamanda, sürücü və işçi heyətinin təlimatlandırılması, texniki və digər hazırlıq işlərinin görülməsini həyata keçirsinlər

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video