02 Iyul 2021 12:29
718
İDMAN
A- A+

Bu gün futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start verilir

 

İyulun 2-də İsveçrə - İspaniya oyunu ilə futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, Sankt-Peterburqda oynanılacaq görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. Matçı ingiltərəli referi Maykl Oliver idarə edəcək.

İsveçrə yığması səkkizdəbir finalda sonuncu dünya çempionu Fransanı mübarizədən kənarlaşdırıb. Həmin görüşdə əsas vaxt 3:3 hesabı ilə başa çatdığından 11 metrlik cərimə zərbələri seriyasında İsveçrə komandası 5:4 hesabı ilə qalib gəlib. İspaniya isə sonuncu dünya çempionatının gümüş mükafatçısı Xorvatiyanı 5:3 hesabı ilə məğlub edərək dörddəbir finala yüksəlib.

Günün sonuncu görüşündə turnirin əsas favoritləri - Belçika və İtaliya komandaları üz-üzə gələcəklər. Münxendə baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi sloveniyalı Slavko Vinçiç olacaq.

İtaliya millisi səkkizdəbir finalda Avstriyanı (3:1), Belçika seçməsi isə sonuncu Avropa çempionu Portuqaliyanı (1:0) məğlub edib.

Bu görüşlərdə qalib gələn komandalar yarımfinalda üz-üzə gələcəklər.

Dörddəbir final mərhələsinin digər iki görüşündə Çexiya millisi Bakı Olimpiya Stadionunda Danimarka, Ukrayna isə Romadakı “Olimpiko” stadionunda İngiltərə seçməsi ilə qarşılaşacaqlar. Bakıdakı oyun saat 20:00-da, Ukrayna-İngiltərə matçı isə saat 23:00-da başlayacaq.

“Avro-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video