07:40 06 Avqust 2021
ONLINE XƏBƏR LENTİ
00:58 06.08.2021

Karateçimiz qrupda qaldı


00:58 06.08.2021

Növbəti sensasiya


00:57 06.08.2021

Yarışda qəza baş verdi


00:42 06.08.2021

BİLDİRİŞ


Suqovuşanın təbiət mənzərələri FOTO
BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

Bu çörək bir möcüzədir

ANA SƏHİFƏ / SƏHIYYƏ
00:19 20.06.2021

 

Tünd çovdar çörəyi orta əsrlərə qədər insanların əsas qida maddəsi olub. Çovdar çörəyi çovdarın üyüdülməsi ilə yaranan undan hazırlanır. Çovdarın kəpək, rüşeym və endosperm hissələrinin ayrılması çətin olduğu üçün, adətən tam olaraq üyüdülür.

Buna görə də çovdar ununun təmizlənmiş ağ unla müqayisədə qidalandırıcı dəyərləri daha yüksək olur. Çovdar çörəyində çox miqdarda lif və az miqdarda yağ var. Çovdar çörəyi daha az qlisemik indeksə sahibdir, yəni yeməkdən sonra qan şəkərinin ağ çörəkdən daha yavaş artmasına səbəb olur.

Bu çörəyin tərkibində lif, potasium, protein, dəmir, kalsium, fosfor, fol turşusu, maqnezium, tiamin, manqan, niasin, B1 vitamini və antioksidantlar var.

“Journal of Nutrition” jurnalında yayımlanan bir araşdırmanın nəticəsinə əsasən məlum olub ki, çovdar çörəyi bədən tarazlığını qoruyur, orqanizmdə əmələ gələn yağın qarın bölgəsinə yayılmasını və yığılmasını önləyir və beləliklə, kilo problemini ortadan qaldırır.

Xolesterol səviyyəsini tarazlıqda saxlayaraq sağlamlığı qoruyan çovdar çörəyi xərçəngi önləyir, xüsusilə döş xərçənginin təsirlərini zəiflədərək bədəndə özünə yer etməsini əngəlləyir. Bu çörək eyni zamanda sağlam qidalanmanı təmin edir. Orqanizmin qan dövranının normal fəaliyyətini bərpa edərək ürək ritm pozuqluğu yaşayan insanların problemini ortadan qaldırır.

Lif baxımından zəngin olan çovdar çörəyi həzm sistemini yaxşılaşdırır.



NƏŞRLƏRİMİZ
Reklam
Reklam


HAVA PROQNOZU
VALYUTA
InvestAZ
ARXİV
TƏQVİM