16 Noyabr 2011 03:11
238
İQTİSADİYYAT
A- A+

BTQ 2013-cü ilin əvvəlində tam istismara veriləcək

 

Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu layihəsinin tikinti xərcləri artıb.

"APA-Economıcs"in "Habertürk"ə istinadən yaydığı xəbərə görə, buna səbəb dəmir yolunun 76 kilometrlik Türkiyə hissəsi üçün nəzərdə tutulan 290 milyon Türkiyə lirəsi (təxminən 145 milyon manat) vəsaitin xərclənib qurtarmasıdır.

Türkiyə Nəqliyyat Nazirliyindən bildirilib ki, layihənin başa çatdırılması üçün 700-750 milyon TL-lik (350-375 milyon manatlıq) tender elan ediləcək.

Xatırladaq ki, 2007-ci il fevralın 8-də Tbilisidə BTQ-nin tikintisi ilə bağlı Azərbaycan, Gürcüstan və Türkiyə arasında yekun sənəd imzalanmışdır. Yeni dəmir yolunun tikinti işlərinə 2007-ci il noyabrın 21-də start verilmişdir. Azərbaycan yolun Gürcüstan ərazisinə düşən hissəsinin tikintisi üçün bu ölkənin "Marabda-Kartsaxi Dəmir Yolları" MMC-yə güzəştli şərtlərlə (illik 1 faizlə 25 illiyə) 200 milyon ABŞ dolları məbləğində kredit ayırıb. Bu vəsait hesabına Gürcüstan ərazisində 29 kilometr uzunluğunda yeni yol, Türkiyə ilə sərhəddə təkərdəyişmə məntəqəsi tikiləcək, həmçinin köhnə yol rekonstruksiya olunacaq.

Bundan başqa, Axalkələkdən Türkiyə sərhədinə olan hissədə tikiləcək tunelin istiqamətinin dəyişdirilməsi və Marabda-Axalkələk sahəsində 160 kilometrlik mövcud dəmir yolunun reabilitasiya və rekonstruksiya olunması üçün Azərbaycan Gürcüstana 25 il müddətinə illik 5 faizlə 575 milyon dollar həcmində əlavə vəsait ayırıb.

"Dəmir İpək Yolu" adlandırılan BTQ layihəsi Azərbaycan Dövlət Neft Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir.

Bu arada Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə bildirib ki, Bakı-Tbilisi-Qars dəmir yolu 2013-cü ilin əvvəllərində tam istismara veriləcək və bu xətt üzrə ilk sınaq qatarı 2012-ci ilin sonlarında yola salınacaq.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video